Prezident yeni yaradılmış Agentliyə sədr təyin etdi



 
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edib.

"Sherg.az"ın AzərTAc-a istinadən xəbərinə görə, Qoşqar İlahi oğlu Təhməzli prezidentin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, adıçəkilən agentlik bu il noyabrın 13-də yaradılıb. Q.Təhməzli bu il iyunun 16-da prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.