
"Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır"
11:09 25.12.2018
Arxiv
417
Ölkə başçısı İlham Əliyev qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atır. Təsadüfi deyil ki, bu günə qədər 290 minədək köçkün yeni mənzillə təmin edilib. Bu il isə dövlət tərfindən 5800 məburi köçkün ailəsinə yeni ev verilib.
Dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət hər zaman ictimaiyyət nümayəndələri tərəfindən də yüksək dəyərləndirilib.
"Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev "Sherg.az”a açıqlamasında bildirib ki, qaçqın və məburi köçkünlərin hər bir ehtiyacı dövlətin diqqət mərkəzindədir və bu sahədə cənab Prezident böyük işlər görür:
"Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və etnik təmizləmə siyasətinin nəticəsi olaraq bu gün torpaqlarımız işğal olunub və minlərlə məcburi köçkünlərimiz var. Məcburi köçkünlərin təminatı ilə bağlı dövlət müxtəlif layihələri həyata keçirir. Hər zaman qaçqınlarımız ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər. Köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var. Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.

B.Quliyev bildirib ki, son dövrlər cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını qaçqın və məcburi köçkünlərimizin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir:
"Təsadüfi deyil ki, köçkünlər üçün tikilən komplekdə yalnız mənzillər deyil, məktəblər, bağçalar da var. Hətta mənzillərdə mətbəx avadanlıqlarına qədər bütün şərait yaradılıb. Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ildir ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, prezidentimiz siyasətini hər zaman davam etdirəcək. Sözsüz ki, torpaqlarımız da geri alınacaq. Çünki ölkə başçısının apardığı ordu quruculuğu siyasəti və diplomatik danışıqlar prosesi göstərir ki, Azərbaycan istəyinə nail olacaq. Torpaqlarımızı alsaq belə, yenə də vətəndaş amili dövlətin sosial siyasətinin əsasını təşkil edəcək”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AAYDA sədri bu xanıma yüksək vəzifə verdi - FOTO
16:25 02.09.2026
Cəmiyyət
NATO Azərbaycan ilə əməkdaşlığın genişləndiriləcəyini açıqladı
16:07 02.09.2026
Gündəm
Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər
15:59 02.09.2026
Dünya
Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla
15:57 02.09.2026
Sosial
Ərdoğandan Yunanıstana sərt mesaj: “Bu yanlış yoldan dönməlidir”
15:25 02.09.2026
Gündəm
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə