"Prezidentin Davosdakı görüşləri xarici investisiyaların ölkəmizə axınına şərait yaradır"

"Hazırda Davos Dünya İqtisadi Forumu keçirilir. Hər il olduğu kimi bu ildə Forumda dünya iqtisadiyyatında gedən proseslərə təsir edə biləcək meqa şirkətlər və bir çox siyasətçi və iqtisadçılar iştirak edir. O cümlədən Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevdə bu Forumda iştirak edir".
Bunu "Sherg.az"a iqtisadçı -ekspert Fuad İbrahimov Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı və forum çərçivəsində bir sıra mühüm görüşlər keçirməsindən danışarkən deyib. Ekspertin sözlərinə görə, bu Forumda Prezident İlham Əliyevin iştirakı, intensiv və çoxsaylı görüşlər keçirməsi artıq tarixə düşüb:
"Görüşləri ümumiləşdirəndə görürük ki, əsasən qeyri-neft sektorununun meqa şirkətləri ilə görüşlər üstünlük təşkil edir. Bu isə açıq- aşkar son dövrdə irəli sürdüyümüz qeyri-neft sektorunun inkişafına dair siyasətin prioritet olduğundan xəbər verir. 
Azərbaycan regionun həm siyasi, həm də iqtisadi cəhətdən dayanıqlı ölkəsi olduğu üçün ölkə rəhbərinin keçirdiyi görüşləri ölkəmizə xarici investisiyaların axını üçün münbit şərait yaradır. 
Eyni zamanda son dövrlərdə Ali İdarəetmə Orqanlarında aparılan struktur dəyişikliklər xarici investisiyalar üçün əlverişli şəraitin cazibədarlığını daha da artırır. Şübhəsiz ki, bütün bu addımların, görülən işlərin əsasını Azərbaycan xalqının rihaf halının yaxşılaşdırılması, insanların sosial problemlərinin həlli və ölkə iqtisadiyyatının inkişafı təşkil edir".
Ayyət Əhməd