Prezidentin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdir
09:15 31.01.2019
Arxiv
461
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi insanlara qayğı göstərməkdən ibarətdir.
"Sherg.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinin üzvləri ilə görüşməsi ondan xəbər verir ki, bu gün Azərbaycan dövləti tərəfindən həyata keçirilən siyasətin ən əsas məqsədi budur:
"Məqsəd insanlara xidmət, qayğı göstərmək, onların problemlərini həll etməkdir. Prezident İlham Əliyev hər dəfə regionlara səfəri zamanı insanlarla görüşür, onların arzu və istəklərini öyrənir, həyata keçirilən siyasətdə bütün bunları nəzərə alır. O ki qaldı şəhid ailələrinə göstərilən qayğıya, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan iqtidarının həyata keçirdiyi siyasətin ən mühüm istiqamətlərindən biri ölkənin ərazi bütövlüyü, konstitusiya quruluşunun qorunması uğrunda mübarizədə şəhid olmuş insanların ailələrinə, eyni zamanda, xəsarət almış insanlara lazım olan yardımın, köməyin göstərilməsidir”.
Baş nazirin müavininin sözlərinə görə, bu yaxınlarda şəhid ailələrinə böyük yardım edilməsi, eyni zamanda, şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərmanın imzalanması ondan xəbər verir ki, Azərbaycan dövləti bu siyasətin həyata keçiriməsində ardıcıl mövqeyini bu gün də davam etdirir və bundan sonra da bu siyasət həyata keçiriləcək:
"Azərbaycan vətəndaşı əmin ola bilər ki, Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev həmişə onların qayğısına qalır və dövlət daim onun arxasındadır. Heç kim tək deyil və öz problemləri ilə təkbaşına buraxılmayıb, Azərbaycan dövləti bütün vətəndaşların problemlərinin həll olunmasına kömək göstərməyi özünün başlıca məqsədi hesab edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm