Prezidentliyə keçmiş namizəd YAP-çı deputatı dəstəklədi:"10 milyardlarla yeyinti aşkarlanacaq"

"Ölkə büdcəsinə nəzarət olunması, dövlət vəsaitlərinin səmərəli istifadəsi üçün qanunlar sərtləşdirilir, ayrı-ayrı qurumlarda yoxlamalar aparılır”.
Bunu "Sherg.az”a millət vəkili Musa Quliyevin Hesablama Palatasının Səhiyyə Nazirliyində yoxlamalar aparması barədə təklifinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu söyləyib. 
Onun fikrincə, indiyə qədər fəaliyyətində nöqsanlar aşkarlanan qurumlardan əlavə, digər dövlət strukturlarında da problemlər var:
"Müxtəlif dövlət strukturlarının rəhbərləri qurumlara ayrılmış vəsaitləri öz şəxsi maraqları üçün xərcləyiblər. Uzun illər formalaşan bu yeyintilərin üzə çıxarılması üçün ciddi araşdırmalar aparılmalıdır.
Hesablama Palatası qurumların fəaliyyətindəki nöqsanları aşkarladıqca, ortaya sual çıxır ki, respublika prokurorluğu indiyə qədər bu istiqamətdə niyə iş aparmayıb ? Deputatın təklif etdiyi kimi, nazirliklərdə, dövlət strukturlarında astronomik rəqəmlərlə ifadə olunan korrupsiya halları var. Dəfələrlə bu qanunsuzluqlar barədə mediada da məsələ qaldırılıb”.
S.Cəlaloğlu hesab edir ki, dövlət sağlamlaşdırma tədbiri görmək üçün ümumi fərman verərək, icra başçılarından, məktəblərdən tutmuş, nazirlik və komitələrə qədər bütün dövlət strukturlarını yoxlamalıdır:
"Nəticədə bu qurumların dövlətə 10 milyardlarla dollar ziyan vurduğu aşkarlanacaq. Bundan sonra, ayrıseçkilik qoyulmadan kəskin tədbirlər həyata keçirilə bilər.
Kiminsə ayrı-ayrı nazirlərlə şəxsi qərəzliyi varsa, onu tənqid edib, Hesablama Palatasının yoxlanışından keçməyə məcbur etməsi obyektiv deyil. Əgər yoxlama varsa, qanunsuzluğa yol verən şəxsin rəhbərliyi dövründə aparılmalıdır. Nəyə görə gözləməliyik ki, hansısa nazir vəzifəsindən azad olunsun, bundan sonra həmin qurumlarda yoxlama keçirilib, nöqsanlar aşkarlansın?”
Qeyd edək ki, Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Musa Quliyev
səhiyyə sahəsindəki fəaliyyətin araşdırılmasına auditin cəlb ediməsini təklif edib:
"Şəkərli diabet xəstələrinin testrlə təmin olunması ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqrqam 10 ildir həyata keçirilir və indiyədək bütün şəkərli diabet xəstələri tanmamilə testrlə təmin olunmalı idi. Lakin həmin sahədə ciddi çatışmazlıqlar var. Burada digər əsas məqam isə şəkərli diabet xəstələrinə ayda verilən 13 manat həcmindəki müavinətdir. Hansı ki, bu vəsaitlər heç bir testr etmir. Bu vəsait həddindən azdır. Ildə isə 20-30 min şərlərli diabet xəsətsi artır. Odur ki, bu məsələyə ciddi baxmaq lazımdır”.
Aysel Aslan