Professor da narazıdır
07:15 20.09.2017
Arxiv
382
Tibb müəssisələrində sərfiyyat materialları, yəni reaktivlər yoxdur
Parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev laboratoriyalarda ən sadə cihazların belə olmadığı barədə iradlarını bildirib.
Onun sözlərinə görə, istər bakalavr, istər magistratura pilləsində bir çox laboratoriyalarda sadə cihazlar yoxdur ki, orada gələcək mütəxəssislər müəyyən araşdırmalar aparsınlar, yaxud ən azından, heç olmasa, yeni biliklərə yiyələnmək üçün o cihazlarla işləməyi bacarsınlar. Sədr müavini belə məsələlərin müzakirə edilməsinin vacib olduğunu da diqqətə çatdırıb.
B.Əliyevin fikirləri ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, son illər dövlət nəzarətində olan tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb. Müasir diaqnostik aparatlar, laboratoriya ləvazimatı alınıb:
"Amma bir şey var ki, laboratoriyada cihazlardan daha çox sərfiyyat materialları, yəni reaktivlər və s. yoxdur. Çünki laboratoriyalar bir dəfə təmir olunub, vəsait qoyulub, lakin bunların yüksək keyfiyyətlə işləməsi üçün reaktivlər, sərfiyyat materialları alınmalıdır. Bunlar isə əlavə xərclər deməkdir. Bəli, bu gün dövlət xəstəxanalarında, hətta bəzi özəl xəstəxanalarda da alınmış cihazların işləməməsi ucbatından, yəni həmin laboratoriyanın vətəndaşın xeyrinə adekvat çalışması faktları yetərincədir. Bu tənqid özbaşına deyil.
Düşünürəm ki, bu da müalicənin keyfiyyətinə təsir edir, bəzi mühüm müalicə üsullarına lazım olan laborator nəticələri əldə etmək mümkün olmur. Əlbəttə, bütün dünyada protokollar var. İstənilən bir xəstəliyin müalicəsi, cərrahiyəsi zamanı konkret müayinə olunacaq laborator analizlər var ki, bunlar mütləq həll olunmalıdır. Amma bizdə bununla bağlı problemlər get-gedə dərinləşir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya