Professor: “Uduzan Gürcüstan olacaq” - Arxadan zərbə !

“Qərəzli qüvvələr çalışırlar ki, Gürcüstanın əli ilə Azərbaycanda qarışıqlıq və qarşıdurma yaratsınlar. Halbuki Gürcüstanın ən ağır zamanlarda yanında olan yeganə dövlət məhz Azərbaycan olub”“Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsi Rusiyanı və Ermənistanı narahat edir”
"Ortada heç bir problem yoxdur. David-Qareci kompleksinin yerləşdiyi ərazi hər zaman Azərbaycanın olub və bundan sonra da bizim olacaq”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuryev deyib.
Professor bildirib ki, ərazidən keçən çayın öz yatağını dəyişməsi sərhəddin də dəyişməsi anlamına gəlmir: 
"Gürcüstanın hazırkı rəhbərliyi Bidzina İvanaşvilinin Rusiyanın hakimiyyətə gətirdiyi adamdır və suni yaradılan bu problemin arxasında onlar dayanır. 
Azərbaycanın geosiyasi mövqeyi bir çox ölkəni, ilk növbədə Rusiyanı və Ermənistanı narahat edir. Azərbaycanın Çinin "Bir kəmər, bir yol” layihəsinə dəstək verməsi, paralel olaraq Avropaya çıxışı bir çox güclərin ciddi təşvişinə səbəb olur. 
Qərəzli qüvvələr çalışırlar ki, Gürcüstanın əli ilə Azərbaycanda qarışıqlıq və qarşıdurma yaratsınlar. Halbuki Gürcüstanın ən ağır zamanlarda yanında olan yeganə dövlət məhz Azərbaycan olub. Hər çətin məqamda Gürcüstanı dəstəkləmişik. Gürcüstan əhalisinin xeyli hissəsi azərbaycanlılardır”.
C.Nuriyevin sözlərinə görə, bu qarşıdurmada kimin uduzacağı məlumdur:
"Uduzan tərəf Gürcüstan olacaq. Azərbaycanın nəsə itirmək şansı sıfıra bərabərdir. Yaşanan proseslər əslində daha çox ermənilərə və onların himayədarlarına sərf edir. Çünki bununla Ermənistan tərəfi Qarabağ ritorikasını daha sakit müstəviyə keçirməyə çalışır. Şübhəsiz, bu məsələ nə vaxtsa bitəcək, amma bizi arxadan vurmağa cəhd edən Gürcüstan rəhbərliyinin davranışı heç zaman unudulmayacaq”.
İsmayıl