Professordan “Maygülü” məsələsinə MÜNASİBƏ : “...Bekarçılıqdan irəli gəlir”
14:02 04.04.2019
Arxiv
749
Qulu Məhərrəmli: “Başa düşmürəm ki, hansısa quş adını dəyişdirməklə elmdə nə əldə edirik!?”
"Hansısa quş adlarının dəyişdirilməsinin heç bir elmi əsası yoxdur”.
Bunu "Sherg.az” açıqlamasında tanınmış jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli deyib.
Ekspert bildirib ki, bu günə kimi hansısa quşların adı elmi ədəbiyyatda məlumdur. Ona görə də, hansısa dəyişikliyin edilməsinə ehtiyac yoxdur:
"Bu cür yanaşmalar göstərir ki, indiki halda ciddi bir iş tapmayanda köhnələri dağıtmaqla, sökməklə məşğul olurlar. Bir neçə il bundan əvvəl orfoqrafiya lüğətində iki "y” hərfinin ixtisar edilməsi ilə bağlı ciddi diskussiyalar getdi. Başa düşmürəm ki, hansısa quş adını dəyişdirməklə elmdə nə əldə edirik? Bütün nağılllarda, dastanlarda quşların müəyyən adları var.
Məhz bu səbəbdən düşünürəm ki, adların dəyişməsinə ehtiyac yoxdur. "Maygülü” adı kimin xoşuna gəlmirsə, gəlməsin. El arasında bu cür deyilib və qəbul edilib. Ona görə də belə qəribə yanaşmalara yaxşı baxmıram. Bu günə kimi Azərbaycan təbiətində ekologiya və nəsli kəsilən heyvanların qorunması ilə bağlı ciddi problemlər var.
Bütün bunlar kənarda qalıb, hansısa quşun və ya heyvanın adını dəyişdirməklə məşğuldurlar. İndiyə qədər mövcud olan adların dəyişdirilməsinə heç nə ilə bəraət qazandırmaq olmaz. Fikrimcə, bunların çoxu bekarçılıqdan irəli gəlir. Əvvəllər alimlərimiz, oriontoloqlarımız yox idi? Ad dəyişmək onların ağlına gəlmirdi? Sadəcə gözə kül üfürmək üçün belə addımlar atılır”.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adı oriontoloqlar tərəfindən dəyişdirilib. Maygülü adlandırılan quş növünün adı dəyişdirilərək batağan kimi qəbul olunub.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual