Psixoloqdan valideynlərə XƏBƏRDARLIQ: “Uşağa “İcazə ver, əmi səni öpsün” deməyin !”
09:44 10.08.2018
Arxiv
1914
Son zamanlar uşaqların cinsi istismara məruz qalması kimi faktların artmasından ciddi narahatlıq duyan Psixoloq- Konsultant Arzu Müzəffərova "Sherg.az"a açıqlamasında keçmişdə də uşaqlara qarşı cinsi istismar olunduğu deyib:
"Təəssüflər olsun ki, bu cür xoşagəlməz hallar fərqli situasiyalarda da olsa baş verir. Uşaqlara qarşı təcavüz halları Türkiyədə daha çox baş verir.
Bir çoxu da ölümlə nəticələnir. Biz mütəxəssislər hadisə baş verdikdən sonra əlimizdən heçnə gəlmədiyi üçün valideynlərə, uşaqlar ilə necə davranmağı, onları bir neçə dəqiqəlik olsa belə nəzarətdən qoymamağı tövsiyə edirik”.
Arzu xanımın sözlərinə görə, təcavüz başverənə qədər kimin pedofil olub- olmadığını təyin etmək mümkün deyil:
"Ancaq bir çox hallarda uşaqlara qarşı bu cür iyrənc əməli törədən, onların başına bu müsibəti gətirən insanlar yaxın çevrədəki insanlar olur. Əgər uşağınıza qarşı 2-ci dərəcəli insanlardan aşırı sevgi görürsünüzsə, buna çox da sevinmək lazım deyil. Çünki baş verən hadisələri araşdırdıqda statistikaya görə 70% bu hadisəni törədənlər valideynlərin dediklərinə əsasən yaxın insanlar və onu çox sevənlər olur”.
Psixoloq olaraq, bu hadisənin qarşısını almaq üçün valideynlərə konkret tövsiyələri olduğunu vurğulayan A. Müzəffərova deyib ki, marketə rahat getmək ümün uşağı 5 dəqiqəlik belə olsa qonşuya əmanət etmək olmaz:
"Avtobusda ayaqüstə narahat gedər deyə, oturan hər hansı bir tanımadığınız insanın (kişi cinsinin) qucağına oturmasına icazə verməyin. Əgər uşaq qohumlar və ya tanımadığınız biri tərəfindən onu öpməyinə izin vermirsə, uşağa "İcazə ver, əmi səni öpsün” deməyin. Övladlarınıza, məhrəm nədir? uşaq anlamaz deyib fikrinizdən dönməyin. Bacardığınız qədər başa salın. Hərkəsə güvənməməsini söyləyin. Kimlərinsə onları aldatmaq üçün uzatdığı şirniyyat və ya başqa sevdikləri şeyi götürməsinlər. Uşaqlara bağırma deməyin, əksinə onlara nə zaman bağırmaq lazım olduğunu öyrədin”.
Qeyd edək ki, Bakıda azyaşlı ilə qeyri-təbii yolla cinsi əlaqədə olan pedofil həbs edilib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində 1982-ci il təvəllüdlü Elburus Mamedov saxlanılıb. Həmin şəxs Cinayət Məcəlləsinin 150-ci maddəsilə saxlanılıb. O, 6 yaşlı qızı zorlamaqda günahlandırılır. Belə ki, həmin şəxs 15-18 iyul tarixlərində C.S.-yə məxsus evdə usta işləyib. Bu müddətdə həmin şəxs 2012-ci il təvəllüdlü qızla evdə tək qalıb. Fürsətdən istifadə edən Elburus Mamedov qızı zorlayıb.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya