Putin elan etdi: ABŞ hərbi müdaxiləyə əl atsa...

 
Rusiya liderinin sözlərini beynəlxalq xəbər agentlikləri əsas başlıqlara daşıyıb.
ABŞ-a səslənən Putin hərbi müdaxilənin yolverilməz olduğunu söyləyib. 
Sherg.az xarici media istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sankt - Peterburq şəhərində təşkil edilən Beynəlxalq İqtisadiyyat Forumunda jurnalistlərlə görüşüb. Rus liderin gündəmində gərgin aylar keçirən Venesuela olub. 
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini qəbul etməyən Putin, söz mövzusu olan hadisənin böyük bir fəlakətə yol aça biləcəyi xəbərdarlığını edib. Rusiya lideri Vaşinqtonun bu siyasətinin müttəfiqləri tərəfindən dəstəklənilmədiyini də vurğulayıb.
Turan