Putin MDB sammitinə Puşkinin kitabı ilə gəldi



Rusiya prezidenti Vladimir Putin Düşənbədə keçirilən MDB sammitinin imzalanma mərasiminə "Yevgeni Onegin” kitabı ilə gəlib.

Oxu.Az "Sputnik Tacikistan”a istinadla xəbər verir ki, əvvəlcə Rusiya dövlət başçısı kitabı özündən sola qoyub, ancaq bir neçə imza atdıqdan sonra Aleksandr Puşkinin romanından bir neçə səhifə oxuyub.

Yeni sənədlər gəldikdə isə prezident imza atıb və yenidən kitabı oxumağa başlayıb.