Putinlə Merkel GÖRÜŞƏCƏK - Nəyi müzakirə edəcəklər?






Bu həftənin şənbə günü, 18 avqustda Rusiya prezidenti Vladimir Putin Almaniyaya səfər edəcək. 

"Sherg.az" "lefigaro.fr"ə istinadən xəbər verir ki,səfər çərçivəsində V.Putin Almaniya kansleri Angela Merkellə görüşəcək.Liderlər Suriya və Ukrayna münaqişələri ətrafında müzakirələr aparacaqlar. 

A.Merkelin sözçüsü Stefan Seibert onu da  dəqiqləşdirib ki, danışıqlar zamanı Suuriya və Ukrayna münaqişələri ilə yanaşı iqtisadi və enerji məsələləri müzakirəyə çıxarılan mövzular sırasında olacaq. 

Qeyd edək ki, Almaniya ilə Rusiya araşındakı əlaqələrin inkişafına dair sənəd bir neçə ay öncə imzalanıb. O da məlumdur ki, 2014-cü ildən, yəni Ukrayna münaqişəsi başlanandan etibarən Berlin və Moskva arasındakı münasibətlərdə soyuqlaşma yaranmışdı. 

Tərcümə etdi: Ayyət ƏHMƏD