PYD/YPG-nin Türkiyə ilə təması kəsildi - GENERALLAR BÖLGƏDƏ
15:25 27.02.2018
Arxiv
3614
"Zeytun budağı" əməliyyatının 39-cu günündə məhv edilən PYD/YPG terrorçularının sayı 2083-ə çatıb. APA TV-nin məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
Son əməliyyatla Suriyanın şimalında böyük yaşayış məntəqələri - Raco və Bülbül qəsəbələri arasındakı xətt birləşib, bununla da terrorçuların Türkiyə sərhədi ilə təması kəsilib.
Türkiyə ərazisindən əlavə qüvvələrin yeridilməsi ilə daha üç kənd - Kurmanlık, Aşağı və Yuxarı Sinara PYD/YPG-dən təmizlənib. Nəzarətə götürülən kəndlərin sayı 115 olub.
Bu istiqamətdə gedən döyüşlərdə 58 terrorçu sağ ələ keçirilib.
Terrorçuların mövqe tutduğu yüksəkliklər isə tank və toplardan davamlı olaraq atəşə tutulur.
Bölgədə quru əməliyyatlarının davam etdirilməsi əlverişsiz hava şəraiti səbəbindən ləngiyir. İntensiv yağışlar, qatı dumanla müşayiət olunur.
Meşəlik ərazilərdə mövqe tutan Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) döyüşçüləri PYD/YPG-nin əlində olan artilleriyadan atəşə məruz qalır. Bu səbəbdən meşəlik ərazilərdə yanğınlar başlayıb.
Bu arada TSQ Baş Qərargah rəisi və bir neçə general Türkiyə-Suriya sərhədinə gəlib. Generallar Afrinin mərkəzinə hücum planını gözdən keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq