Vüqar Tofiqli deyib ki, bələdiyyənin səlahiyyətlərinin artırılması ilə bağlı atılan bütün addımları alqışlamaq lazımdır
Qadağan olunmuş yerdə siqaret çəkənlərə bələdiyyələr də nəzarət edəcək
18:57 25.11.2017
Arxiv
655
Amma bu proseslə bağlı maliyyə məsələsi də mütləq nəzərə alınmalıdır
Vüqar Tofiqli deyib ki, bələdiyyənin səlahiyyətlərinin artırılması ilə bağlı atılan bütün addımları alqışlamaq lazımdır
Vüqar Tofiqli deyib ki, bələdiyyənin səlahiyyətlərinin artırılması ilə bağlı atılan bütün addımları alqışlamaq lazımdır
Azərbaycanda tütün məmulatlarından istifadəyə qarşı tədbirlərin görülməsi üçün bələdiyyələrə yeni səlahiyyət verilir. Bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bələdiyyələr tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması üçün tədbirlər görəcək. Qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunub və dekabrın 1-də keçiriləcək plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Bununla yanaşı, siqaretdən və sulu qəlyandan istifadənin qadağan edildiyi yerlərin siyahısı da genişləndirilib.
Layihəyə əsasən, tütün məmulatlarına xüsusi ayrılmış yerlər istisna olmaqla motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib ki, bələdiyyənin səlahiyyətlərinin artırılması ilə bağlı atılan bütün addımları alqışlamaq lazımdır:
"Hər səlahiyyət artırılması istər-istəməz bələdiyyələrə olan diqqətin təzahürüdür. Amma bu proseslə bağlı maliyyə məsələsi də mütləq nəzərə alınmalıdır. Yəni bələdiyyənin öz öhdəliyini həyata keçirməsi üçün tələb olunan maliyyə vəsaiti bələdiyyə büdcəsinə dövlət tərəfindən ayrılmalıdır. Qanun qəbul edilərkən bu məqam nəzərə alınarsa, daha məqsədəuyğun olar. Əks halda bələdiyyələr prosesin icrasında maliyyə çətinliyi ilə üzləşə bilərlər”.
Ekspertin sözlərinə görə, "Bələdiyyə haqqında” qanunda nəzərdə tutulub ki, yerli əhəmiyyətli və dövlət proqramından kənarda qalmış məsələləri bələdiyyə öz inzibati ərazi çərçivəsində həyata keçirə bilər:
"Bələdiyyələrdə yerli ekoloji komissiya fəaliyyət göstərir. Tütün məmulatlarının istifadəsi və s. məsələlər əvvəlcə həmin komissiyada müzakirə edilir və daha sonra təkliflər hazırlanır. Bələdiyyə öz ərazisi üzrə ancaq təkliflə çıxış edə bilər. Yəni bildirə bilər ki, bu məsələnin həllini necə görür. Komissiya və ya bələdiyyə sədri də həmin prosesin icrasına nəzarət etməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə