Qadının ikinci hamiləliyindən sonra alınında dəri xərçəngi yarandı




39 yaşlı qadın ikinci hamiləliyində alnında ortaya çıxan qara ləkəni hormonal dəyişikliklərə bağladı. Ancaq ölümdən qayıtması ilə yanaşı, alında böyük bir izlə qaldı.

Sherg.az-ın Daily Mail-ə istinadən xəbərinə görə, Bethany Greenway adlı amerikalı qadın ikinci uşağına hamilə olduqda alnında qara bir ləkə meydana çıxdı. Dermatoloqla məsləhətləşməsinə baxmayaraq, 18 ay boyunca başqa bir əlamət ortaya çıxmadığı üçün ölümcül xəstəliyi başa düşülmədi.

Ləkə alnına düşəndə alnında ağrı ortaya çıxdı. Təkrar həkimə gedəndə isə desmoplastik melanom diaqnozu qoyulub. Desmoplastik melanom aqressiv və nadir görülən bir dəri xərçəngi növüdür.

Greenwayin alnındakı xərçəng kəsilib, götürüldü və həmin bölgədəki izləri bağlamaq üçün dəri köçürülüb. 2 uşaq anası qadın xərçəngi məğlub etməyi bacardı, ancaq alnında böyük ləkə qaldı. O, sağaldıqdan sonra digər insanların öz yaşadıqlarını yaşamaması üçün günəş qoruyucu istifadə etmələri barədə xəbərdarlıq edib.