Qadınlar zorakılığa məruz qalırlar

Xanım deputat qadın sığınacaqlarının yaradılmasını təklif edir



Milli Məclisidə 2017-ci ilin büdcə müzakirələri zamanı xanım deputat Jalə Əliyeva icbari tibbi sığorta ilə bağlı danışıb. 

Sherg.az-ın məlumatına görə millət vəkili bildirib ki, icbari tibbi sığortanın tətbiqi aztəminatlı ailələr üçün vacibdir: 

"Hesab edirəm ki, bunun tez tətbiq olunması lazımdır. Kasıb insanlar tibbi sığortanı gözləyirlər. Daha bir təklifim zorakılıqla bağlıdır. Ölkədə məişət zorakılığına məruz qalan qadınlar üçün xüsusi mərkəzlərin tikilməlidir. Mən təəssüf edirəm ki , hələ də məişət zorakılığı hallarına rast gəlinir. Bəzən qadınlar həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar. Onların getməyə yeri olmadığından bu hallar ağır nəticələrə gətirib çıxarırır. Ölkəmizdə xüsusi mərkəzlər və sığınacaqlar yaradılsa yaxşı olar”.

Anar