Qafqaz Universitetinin adı dəyişdiriləcək
09:01 15.12.2016
Arxiv
602
Türkiyəli tələbələrin narazılıqlarını nəzərə alaraq, yaxın gələcəkdə Qafqaz Universitetinin adının dəyişdirilməsi gözlənilir.
Qafqaz Universitetinin rektoru Havar Məmmədov APA-ya bildirib ki, bu gün ada görə Türkiyə universitetləri ilə müxtəlif problemlər yaranır. Onun sözlərinə görə, tələbələr mütəmadi olaraq universitetin adının dəyişməsi ilə bağlı rektorluğa müraciətlər edirlər. Bu tələbələrin Türkiyə ali məktəblərində qəbul edilmədiyini deyən H.Məmmədov bildirib ki, bütün narahatlıqlar həm Azərbaycanın, həm də Türkiyənin müvafiq qurumlarına çatdırılıb: "Türkiyəli üç tələbə Qafqaz Universitetindən çıxaraq, Türkiyədə təhsilini davam etdirmək istəsə də, qəbul olunmayıb. Nəticədə onlar yenidən Azərbaycana qayıdaraq, Qafqaz Universitetində təhsillərini davam etdirirlər. Hazırda ali məktəbdə 95 türk tələbə təhsil alır. Son bir ayda 10-a yaxın tələbə bildirib ki, mövcud vəziyyətdən valideynləri də narahatdır”.
Rektor əlavə edib ki, Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında olan tələbə mübadiləsi, kadr hazırlığı, müəyyən təqaüdlər dayandırılıb, bəzi müqavilələrə xitam verilib: "Mən də tələbələrin narazılıqları və yaranmış vəziyyətlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmışam. İnanıram ki, yaxın vaxtlarda universitetin adının dəyişilməsi məsələsi həllini tapacaq, diplomlar tanınacaq. Universitetin gələcək inkişafı üçün də bu məsələ lazımdır. Ancaq indidən universitetin yeni adının nə olacağını indidən demək çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm
Tramp: İran artıq təhlükəli deyil, müharibə tezliklə bitəcək
11:16 08.10.2026
Gündəm
Pilotlar qəsdən törədib: 20 il ərzində 800-dən çox insan ölüb
11:15 08.10.2026
Hadisə
Yaponiya ölkəyə nüvə silahı gətirir
10:57 08.10.2026
Dünya
Dodon: Moldova müharibəyə yaxınlaşır
10:43 08.10.2026
Dünya
Maduronun həyat yoldaşı həbsdən azad edilməsini istəyir
10:43 08.10.2026
Dünya
İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə gəlib
10:27 08.10.2026
Gündəm
İstanbulda binanın dağıntıları altından 5 nəfər xilas edilib
10:06 08.10.2026
Hadisə
İçində 110 nəfərin olduğu təyyarəni ildırım vurdu
09:52 08.10.2026
Hadisə
Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?
09:42 08.10.2026
Dünya
Azərbaycan neftinin qiyməti 125 dolları ötdü
09:35 08.10.2026
İqtisadiyyat