Qanı qarışıq adam...
“Məşhur” ailənin qərəzli üzvü Ramiz Yunus erməni xislətini gizlətməyərək böhtanlara başlayıb
Azərbaycanın müstəqilliyini, artan nüfuzunu gözü götürməyən, erməni lobbisinin əlində alətə çevrilmiş Yunuslar ailəsi hər zaman quduz it kimi ölkəmizə hücum ediblər. Hakimiyyət tərəfindən atılan humanist addımlara baxmayaraq, Arif və Leyla Yunuslar öz çirkin niyyətlərindən heç vaxt əl çəkməyiblər. Adıçəkilən cütlüyün Azərbaycana vurduqları maddi və mənəvi ziyanı uzun-uzadı anlatmağa ehtiyac yoxdur.
Demək olar ki, cəmiyyətdə hər kəs "hüquq müdafiəçisi” adı altında gizlənmiş, əslində birbaşa ermənilərə xidmət edən Arif və Leyla Yunusların həqiqi kimliyinə bələddir. Lakin "məşhur” ailənin qərəzli üzvləri sadəcə iki nəfər deyil. Arif Yunusun kiçik qardaşı, özünü "politoloq” kimi təqdim edən Ramiz Yunus da ermənipərəst mövqeyi ilə seçilir. Bu adamın da Azərbaycana zərrə qədər də olsa sevgisi yoxdur. Ötən gün qələmə aldığı "Azərbaycansayağı yaltaqlıq” yazısında, daha doğrusu, mifoloji məqaləsində ölkəmizə və xalqımıza olan aşırı nifrətini bir daha ortaya qoyub. Hər fürsətdə Azərbaycanı və xalqın böyük səs çoxluğu ilə seçdiyi rəhbərini təhqir edən, Prezidentin ailə üzvləri haqqında uydurma ittihamlar səsləndirən Ramiz Yunus hörmətli ziyalımız Elçin Şıxlının birinci vitse-prezident Mehriban xanım Əliyeva barəsində söylədiyi obyektiv fikirlərə də böyük qısqanclıqla yanaşıb. Elçin Şıxlının ölkənin birinci xanımı haqqında dediyi ifadələri həzm edə bilməyən Ramiz Yunus ən çirkin ifadələrlə ölkə rəhbərliyini suçlamağa cəhd edib. Əslində Azərbaycan xalqı dövlətimizin qarantı olan Prezident İlham Əliyevi və birinci vitse-prezidenti çox gözəl tanıyır, sevir və tam şəkildə etimad göstərir. O cümlədən dəyərli ziyalımız Elçin Şıxlı da ictimaiyyət tərəfindən yaxından tanınır və hörmət görür. Nəzərə alaq ki, Elçin Şıxlı xalqın görkəmli yazıçısı İsmayıl Şıxlının oğludur.
Bəs gəlin görək bütün separatçı təşəbbüslərə dəstək verənYunuslar ailəsi kimlərdir? Ələlxüsus da Azərbaycanı və millətimizi təhqir edən Ramiz Yunus və onun atası kimdir?
Ən əsası onu deyək ki, uzun zamandır anti-Azərbaycançı dairələrin və erməni lobbisinin sifarişi ilə ölkəmizə qarşı qərəzli hesabatlar hazırlayan təşkilatlar Azərbaycanda məhz Yunuslar ailəsinin verdiyi yanlış informasiyalardan istifadə ediblər. Arif Yunusun özündən kiçik qardaşı hazırda ABŞ-da yaşayan Ramiz Yunusdur. Digər iki qardaşı Vaqif Barseqyan və Raqif Barseqyandır. Arifdən fərqli olaraq sonradan "amerikalıya” çevrilmiş Ramiz Yunus AXC hakimiyyəti dövründə ən korrupsiyalaşmış məmurlarından biri olub. Hiyləgər Ramiz Yunus sənədləri saxtalaşdıraraq öz erməni köklərini gizlədib. Onun pasport məlumatlarında anası Barseqyan Arşulyus Arsenovna qələmin yüngülvari hərəkəti ilə Dağıstan sakini, milliyyətcə osetin Asiyat Əsgər qızına çevrilib. Hələ sovet dövründən Ramiz Yunus özünə həyatda yol aça bilib. Xırda möhtəkirliklə məşğul olaraq və o vaxt Bakının milis şöbələrində "xarici sabun və şampun” sataraq bacardığı kimi qazanıb. Bu adam uzun müddət Qabrielyan adlı bir erməninin himayəsi altında olub. Əsasən "azərbaycanlıların Sumqayıtdakı vəhşiliklərindən” hiddətlənən və bu millətə nifrətini açıq büruzə verən ermənilərlə ünsiyyət qurub.
Ayaz Mütəllibovun hakimiyyətinin devrilməsi və Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən sonra R.Yunus Barseqyan Nazirlər Kabinetinin işlər müdiri vəzifəsini tutub.
Sonra öz yaxın dostu İsa Qəmbərin təşəbbüsü ilə ilk baxışdan diqqəti cəlb etməyən vəzifəyə - parlamentin işlər idarəsinin rəhbərliyinə təyin olunub. Diqqətli teletamaşaçılar yəqin ki, parlamentin salonunda o vaxtlar tez-tez gözə dəyən mafioz görkəmli (nədənsə o, parlamentin iclaslarında günəş eynəyi taxaraq otururdu), arıq sifətli, bahalı kostyumlar və brend ayaqqabılar geyən adamı xatırlayarlar. Ramiz Yunus İsa Qəmbərə ən çox yaxın olan adam kimi korrupsiya piramidasını və qeyri-leqal maliyyə axınlarını idarə edirdi. Parlamentin spikerinin şəxsi göstərişlərini yerinə yetirirdi. Nə Yunusdan əvvəl, nə ondan sonra parlamentin işlər idarəsinin rəhbəri heç vaxt bu cür geniş səlahiyyətlərə və yüksək statusa malik olmayıb. Beləliklə, Yunuslar ailəsi 1992-ci ildə iki strateji postu ələ keçirməyə nail olublar. Barseqyanlardan biri ölkənin ən ali qurumunun informasiya-analitik təminatı ilə məşğul olub, digəri isə qanunverici orqanın faktiki olaraq boz kardinalına çevrilib. Göründüyü kimi, Yunuslar təkcə erməni xüsusi xidmət orqanları ilə deyil, eyni zamanda Rusiya məxfi xidmətləri ilə də sıx əməkdaşlıq ediblər. Təkcə bir mühüm faktı qeyd edək ki, 1998-ci ildə Ramiz Yunus Moskvada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) nümayəndələri ilə bir neçə görüş keçirib. Arif, Ramiz və Leyla Yunuslar Moskvada general İlqar Qasımova tez-tez qonaq olublar. Atasını erkən itirən Ramiz Yunus erməni ailəsində böyüyüb boya-başa çatıb və orada "tərbiyə” alıb. Bu da onun gələcəkdə özünə ömür-gün yoldaşı seçməyinə, kiminlə ailə qurmağına həlledici dərəcədə təsir edib. Erməni qanı daşıyan Ramiz Yunus bütün həyatı boyu o mənfur qanın haqqını verməyə çalışıb. Onun yaxın qohumları bugünədək Ermənistanda yaşayır. Dayısı Suren Barseqyan ömrünün sonuna qədər erməni işğalındakı Şuşada yaşayıb.
Ramiz Yunusun iki xalası - Nadya Gevorkyan və Siran Barseqyan isə Rusiyada məskunlaşıblar. Ermənilərlə belə yaxın və möhkəm qan qohumluğu bağlarına malik olan, anası isə xalis erməni olan bu adamın Azərbaycan və ölkə rəhbərliyi haqqında obyektiv fikir söyləməsi, dövlətimizin mövqeyini müdafiə etməsi, əlbəttə ki, mümkün deyil.
İsmayıl