
Qanun imkan tanıyır: 6 azərbaycanlının ölümünə səbəb olan Yazıçının ölkəsinə verilməsi mümkündür
12:28 20.03.2019
Arxiv
857
"Amma bu o demək deyil ki, həmin adam öz ölkəsinə göndərildikdən sonra azad oluna bilər. Məhkum cəzasının qalan hissəsini öz ölkəsinin cəzaçəkmə müəssisələrində çəkməlidir"
Azərbaycanda 6 nəfərin ölümünə səbəb olduqdan sonra qaçıb Türkiyəyə gedən TIR sürücüsü, 38 yaşlı Yakup Yazıçı vicdan əzabına dözməyərək polisə təslim olub.
"Sputnik Azərbaycan"ın məlumatına görə, 5 il əvvəl Azərbaycanda qəza törədən TIR sürücüsü vicdan əzabına dözə bilmədiyi üçün polisə təslim olub.
TIR-la toqquşan avtomobilin sürücüsünün sərxoş olduğunu və sürücülük vəsiqəsi olmadığını bildirən Yazıçının ailəsi oğullarının cəzasını Türkiyədə çəkməsini xahiş edir. Məlumata görə, hadisə 2011-ci ildə Bakıda baş verib. Belə ki, daxilində 8 nəfərin olduğu avtomobil Yakup Yazıçının idarə etdiyi TIR-a çırpılıb. Qəza zamanı 6 nəfər ölüb. Sürücü isə şoka düşdüyü üçün hadisə yerindən qaçaraq Gürcüstandan keçib və Türkiyəyə gəlib. Ancaq bir müddət sonra Azərbaycanda qəza ilə əlaqəli aparılan araşdırmada digər avtomobilin sürücüsünün sərxoş olduğu və sürücülük vəsiqəsi olmadığı müəyyən edilib. Yakup Yazıçı isə qiyabi 10,5 il azadlıqdan məhrum edilib. Yazıçı haqqında İnterpol vasitəsi ilə axtarış elan edilib.
Qəzadan sonra Artvinə gələn Yazıçının psixoloji durumu pozulub, kabus görməyə başlayıb. Gecələr yata bilməyən Yazıçı çəkdiyi əzaba dayana bilmədiyi üçün 5 il sonra təslim olmağa qərar verib. Ailəsindən xəbərsiz Gürcüstana keçən Yazıçı 2016-cı ildə həbs edilib. 9 ay Gürcüstanda həbsdə saxlandıqdan sonra Yazıçı Azərbaycana təhvil verilib və Bakıda cəzaçəkmə müəssisəsinə köçürülüb.
Yazıçının valideynləri isə oğullarının cəzasını çəkmək üçün Türkiyəyə qaytarılmasını istəyir.

Azərbaycanın "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının iştirakçısı olduğunu vurğulayan hüquqşünas Ərşad Hüseynovun "Şərq”ə açıqlamasına görə, Türkiyə tərəfinin müraciəti əsasında həmin məhkumun öz ölkəsinə qaytarılması mümkündür:
"Sözügedən şəxsin məhkəməsi keçirilib, cəza müddəti müəyyən edilibsə, cəzasını çəkmək üçün onun öz ölkəsinə göndərilməsi Azərbaycan qanunvericiliyinə uyğundur. Əcnəbi məhkumların öz ölkələrinə təhvil verilməsi ilə bağlı müəyyən məhdudiyyətlər olsa da, ağır yol-nəqliyyat hadisəsi törədən şəxslərə bu aid edilmir. Amma bu o demək deyil ki, həmin adam öz ölkəsinə göndərildikdən sonra azad oluna bilər. Məhkum cəzasının qalan hissəsini öz ölkəsinin cəzaçəkmə müəssisələrində çəkməlidir”.
"Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına Azərbaycanın şərtlə qoşulduğunu vurğulayan hüquqşünas deyib ki, Azərbaycan məhkəməsinin hökmü ilə məhkum olunan əcnəbi şəxsi öz ölkəsinə təhvil verdikdən sonra əfv etmək və ya cəzasını yüngülləşdirmək istəsələr, mütləq Azərbaycan tərəfinin razılığı olmalıdır: "Azərbaycanın müvafiq dövlət orqanlarının razılığı olmadan həmin şəxsi azadlığa buraxmaq qeyri-mümkündür.
Əcnəbi məhkumların cəzasının geri qalan hissəsini çəkmək üçün öz ölkələrinə təhvil verilməsi Azərbaycan üçün müsbət haldır. Çünki bir məhbusun həbsxanada qalması ölkə büdcəsi üçün əlavə xərcdir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi