"...Qanunsuzluqla məşğul olan saytlar barədə ciddi tədbir görüləcək”




""Reket” adlandırılan dilənçi və şantajçı saytlar, qəzetlər ciddi cəzalandırılmalıdır”.

Bunu "Sherg.az”a açıqlamasında Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı deyib.

Jurnalist bildirib ki, bu cür şəxslər həqiqi jurnalistikanı gözdən salır. Şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqalardan çıxırlar: 

"Adını da "mətbuat azadlığı” qoyurlar. Axı azadlıq anarxiya demək deyil. Dövlət qurumları vətəndaşların şərəf və ləyaqətini qorumağa borcludur. Belə saytların sayı hesab yoxdur. Bir çoxu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüşlər başlayanda şahidi olduq, dezinformasiyalar baş alıb gedir, əhalidə qorxu yaradır, düşmən mənafeyinə uyğun materiallar yayımlanırdı”.

Ekspertin sözlərinə görə, "reket” saytlar hansısa şirkətlərin və məhsulun reklamı üçün aldadıcı məlumatlar yayırlar: 

"Gənclərə əxlazsızlıq təbliğ edilir, çoxsaylı problemlər yaradırlar. KİV güclü silahdır, əhaliyə çox ciddi təsir imkanlarına malikdir. İctimai rəyi formalaşdıran institutdur, onu nəzarətsiz buraxmaq olmaz. Ümid edirəm ki, proses bununla bitməyəcək və media məkanında qanunsuz işlərlə məşğul olan bütün saytlar barədə ciddi tədbir görüləcək”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

İsmayıl