Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi saxlanılıb
12:26 15.09.2016
Arxiv
493
Rusiyanın Qara dəniz sahillərində yerləşən Tuapse limanında içərisində azərbaycanlıların da olduğu, Türkiyənin "Te Trade & Supply Co” şirkətinə məxsus "Aydın" yük gəmisi saxlanılıb.
APA-nın "kubnews.ru” saytına istinadən verdiyi məlumata görə, 7 ukraynalı və 4 azərbaycanlıdan ibarət heyət üzvləri özləri Novorossiyskdə Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müfəttişlərinə müraciət ediblər. Onlar maaşların gecikməsi, pis iş və yaşayış şəraitindən şikayətləniblər.
Rusiya Dənizçiləri Həmkarlar İttifaqının məlumatına görə, gəmi sentyabrın 12-də Tuapse limanına yaxınlaşıb. Ərzağı və yanacağı bitmiş gəminin özü isə qəzalı vəziyyətdə olub. Maaşlarının bir neçə ay gecikməsi səbəbindən şirkətin heyət üzvlərinə 22 600 dollar borcu yığılıb.
Gəmi Beynəlxalq Əmək Təşkilatının tələblərini pozduğu üçün saxlanılıb. Gəmi heyətinə ərzaq, su və yanacaq verilib.
Ukrayna vətəndaşları artıq repatriasiya üçün müraciət ediblər. Şirkət rəhbərliyinin işçilərə maaşları ödəməsi istiqamətində iş gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm