"Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq” - Ərdoğan
10:23 11.11.2020
Arxiv
355
“Biz sizin Zəfərinizlə çox xoşbəxt olduq”.
APA-nın məlumatına görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.
Bakıda ağacəkmə kampaniyasında iştirak edən baş nazir Əli Əsədov Türkiyə Prezidentinə Azərbaycanın mübarizəsində göstərdiyi qardaş dəstəyinizə görə təşəkkür edib.
Bakıda keçirilən mərasimdə iştirak edən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Prezidentinin tapşırıqları əsasında qardaş Azərbaycanın zəfər coşqusunu paylaşmaq və cəbhədəki çalışmalarla yanaşı, masadakı çalışmalara da dəstək vermək və birgə koordinasiya üçün burdadır.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov vurğulayıb ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə keçirilən qlobal ağacəkmə kampaniyasında iştirakdan məmnunluq duyur: “Son 44 gün ərzində Siz başda olmaqla, Türk xalqı, Türkiyə dövləti, millət vəkilləri, vətəndaş cəmiyyətinin dəstəyini günbəgün hiss etdik. Mövlud Çavuşoğlu qardaşım qısa müddət ərzində beş dəfə Azərbaycanda oldu. Bir daha Sizin simanızda təşəkkürümüzü bildirmək istəyirik”.
Bakıdakı aksiyaya video-formatda qatılan Türkiyə Prezidenti isə bildirib ki, Azərbaycan Ordusunun Ermənistana qarşı verdiyi mücadilə və işğal altındakı torpaqları yenidən azad etməsinin həyəcanını onlar da Türkiyədən hiss edirlər: “Bu həyəcanı Sizinlə birlikdə yaşadıq. “Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq. Bundan sonra da “bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. Necə bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu Azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət