Qarabağ danışıqlarının intensiv hal alması zəruridir - Alternativlər tükənib
08:00 19.01.2019
Arxiv
414
"Ermənistan rəhbərliyi dağıdıcı müharibə istəmirsə, o halda sağlam təkliflərin hamısını ciddi şəkildə analiz etməlidir"
Yanvarın 16-da Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında görüş keçirildi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutan danışıqlar 4 saatdan çox davam etdi. Azərbaycan XİN-in Paris görüşü barədə bəyanatında bildirilib ki, danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla, faydalı və çox müsbət fikir mübadiləsi aparılıb: "Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər”.
Dörd saatlıq görüş barəsində xarici işlər naziri Elmar Məmmədyarov da münasibət bildirib. Nazir uzun illər davam edən danışıqların heç bir nəticə vermədiyinə təəssüf etsə də, prosesin davamı ilə bağlı nikbin olduğunu deyib: "Ermənistanda baş verən son hadisələr, habelə Düşənbə və Sankt-Peterburq görüşləri, eləcə də erməni həmkarımla üç dəfə bir araya gəlməyimiz danışıqlar prosesində irəliləyiş nöqteyi-nəzərindən müəyyən nikbinlik üçün əsas verir”. BMT-nin baş katibi Antonio Quterreş də Azərbaycan və Ermənistan XİN başçılarının Paris razılaşmasını dəstəkləyib. Baş katib əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin anlaşmasını alqışlayıb.
Münaqişənin həlli ilə bağlı müəyyən canlanmanın olduğunu deyən politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında bildirib ki, adekvat və sağlam düşüncə tərzinə malik tərəflərin hamısı dərk edir ki, Dağlıq Qarabağ münaqişəsini həll etməyin və Ermənistanı böhran vəziyyətindən çıxarmağın yeganə yolu İrəvan hökumətinin sülh danışıqlarına razı olması və işğal edilmiş torpaqlardan çəkilməsidir:
"Ermənistan özü maraqlı olmalıdır ki, Azərbaycanla müharibəni dayandırsın, qoşunlarını Azərbaycan ərazilərindən çıxartsın. Yalnız bundan sonra Azərbaycan Ermənistana öz yardımını göstərə bilər. Hətta bölgədəki enerji daşıyıcıları tranzitində iştirak etməyini də təşkil edər. Son proseslərdən və verilən açıqlamalardan görünür ki, həm rəsmi Bakı, həm də beynəlxalq vasitəçilər müəyyən qədər İrəvanı başa salmağa çalışır, yeni hökuməti sağlam məfkurəyə dəvət edirlər. Əgər ermənilər nicat yolunu istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik vaz keçməlidirlər. Hələlik düşmən ölkənin rəhbərliyi bunu anlamır, ya da anlamaq istəmir. Ancaq danışıqların qısa zamanda intensiv hal alması zəruridir. Çünki bütün alternativlər tükənib. Ermənistan rəhbərliyi dağıdıcı müharibə istəmirsə, o halda sağlam təkliflərin hamısını ciddi şəkildə analiz etməlidir. Əks halda hərtərəfli uduzan tərəf Ermənistan olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət