Qarabağ qazisindən rüşvət alan vəzifəli şəxsə cinayət işi açıldı
11:01 18.11.2020
Arxiv
361
Rüşvət alan vəzifəli şəxsə cinayət işi açılıb.
Baş Prokurorluqdan "Sherg.az"a verilən məlumata görə, bu cür tədbirlərdən biri kimi Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Dəmirov Fərhad Ağamurad oğlunun sığorta ödənişinin verilməsi üçün Xaçmaz rayon sakini Məlikov Asif Məcid oğlundan 1.200 manat məbləğində pul vəsaitini istəməsi barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Bununla bağlı keçirilmiş əməliyyat tədbirləri zamanı Fərhad Dəmirov noyabrın 17-də 1.200 manat məbləğində pul vəsaitini filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışmaqla sürücüsü olan Qeybullayev Şəhriyar Mehman oğlu vasitəsilə alan zaman onunla birlikdə cinayət başında yaxalanmış, xidməti otağına baxış zamanı oradan müxtəlif sənədlər və 8 ədəd bank kartı aşkar olunaraq götürülüb.
Aparılmış araşdırmalarla, 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı yaralanmış, 2003-cü ilin 17 sentyabrında ehtiyata buraxılmış və 2013-cü il oktyabrın 25-də Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının qərarına əsasən Azərbaycanın müdafiəsi zamanı hərbi travma alması barədə rəy verilmiş Asif Məlikova 6 min 600 manat məbləğində icbari sığortanın ödənilməsi haqqında Nəsimi rayon məhkəməsinin müvafiq qərarının icra edilməsi müqabilində Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının direktoru Fərhad Dəmirovun 2020-ci ilin noyabr ayının əvvəllərində Asif Məlikovdan 1.200 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə, noyabrın 17-də filialın inzibati binasında baş mütəxəssis vəzifəsində çalışan Şəhriyar Qeybullayev vasitəsilə Asif Məlikovdan həmin pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış material üzrə noyabrın 17-də Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Fərhad Dəmirov və Şəhriyar Qeybullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Öz fəaliyyətlərində yol verdikləri qanunsuzluqlarla dövlət orqanlarının nüfuzuna xələl gətirən, onların uğurlu fəaliyyətinə kölgə salan vəzifəli şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda ABŞ səfirliyinin qarşısında avtomobil partlayıb
01:30 20.02.2026
Dünya
İsrail Suriyanın cənubunu atəşə tutdu
01:03 20.02.2026
Dünya
Danimarka İrana məxsus gəmini saxladı
00:39 20.02.2026
Dünya
BMT ABŞ və İranı dialoqu davam etdirməyə çağırıb
23:59 19.02.2026
Dünya
Türkiyə Qəzzaya heyət göndərməyə hazırdır - Fidan
23:44 19.02.2026
Gündəm
Tramp Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı
23:23 19.02.2026
Dünya
Makron Ermənistana gəlir - Təcili
22:09 19.02.2026
Dünya
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq
21:30 19.02.2026
Dünya
Stiv Uitkoff Türkiyəyə belə təşəkkür etdi
21:18 19.02.2026
Dünya
Kənan MM Orxan Saffarinin valideynlərindən üzr istədi
21:07 19.02.2026
Cəmiyyət
Tramp: Bizə bəzi ölkələr lazım deyil, çünki onlar baş ağrısıdırlar
20:54 19.02.2026
Dünya
Çətin mərhələ başladı:Sınaqlardan qaça bilməyəcək BÜRCLƏR
20:36 19.02.2026
Maraqlı
“Cənubi Qafqaz Rusiyanın əlindən çıxır” - ANALİTİK
20:30 19.02.2026
Gündəm
“8 müharibəni bitirdik, 9-cusu yoldadır” - Tramp
20:25 19.02.2026
Gündəm
Tramp: İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda...
19:50 19.02.2026
Dünya