"Qarabağ" və "Qəbələ"nin oyunlarına təyinatlar olub




Azərbaycanın "Qarabağ" və "Qəbələ" futbol klublarının Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb.

Modern.az xəbər verir ki, Ağdam təmsilçisi "Qarabağ” qrupdakı son oyununu dekabrın 8- i doğma arenada , "Qəbələ” isə səfərdə keçirəcək.

Avropa Liqası, qrup mərhələsi, VI tur
8 dekabr, 20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
Oyunu xorvatiyalı hakimlər briqadası idarə edəcək:
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)
8 dekabr, 22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)
Maynts. "Maynts Arena"

Oyunu uelsli hakimklər briqadası idarə edəcək.
Baş hakim: Saymon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards
Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons
Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya)
UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)