" Nəticələr müqayisə edilməlidir ki, biz alman insanına, fransızlara, ingilislərə və s. xalqlara necə təsir etdik. Əks halda, dağınıq vəziyyətdə görülən işlərin effekti olmayacaq"
" “Qarabağı araşdırma və təbliğat institutu” yaradılmalıdır" - Tarixçi alimdən effektiv təklif
14:35 27.02.2018
Arxiv
1433
Nəsiman Yaqublu: "Təklif etdiyim institut Dağlıq Qarabağ probleminin araşdırılması, məlumatların xarici ölkələrə çatdırılması sahəsində sistemli iş aparmalıdır"
" Nəticələr müqayisə edilməlidir ki, biz alman insanına, fransızlara, ingilislərə və s. xalqlara necə təsir etdik. Əks halda, dağınıq vəziyyətdə görülən işlərin effekti olmayacaq"
" Nəticələr müqayisə edilməlidir ki, biz alman insanına, fransızlara, ingilislərə və s. xalqlara necə təsir etdik. Əks halda, dağınıq vəziyyətdə görülən işlərin effekti olmayacaq"
"Hazırkı situasiya onu göstərir ki, ermənilər bizdən daha çox iş görüb. Düşmən də ciddi şəkildə çalışır və Qarabağla bağlı dünyaya çatdırdığı informasiyaları daim yeniləyir"
"Azərbaycanda və xaricdə Qarabağla bağlı müxtəlif dillərdə kitablar çıxır. Amma elə etmək lazımdır ki, insanlar bu kitabları oxusun”.
Bu barədə "Sherg.az”a xarici ölkələr kitabxanalarında Qarabağla bağlı Azərbaycan müəlliflərinə məxsus kitabların az olmasından danışarkən tarixçi-alim Nəsiman Yaqublu deyib.
O vurğulayıb ki, kitab çap ediləndən sonra istifadə vasitəsinə çevrilməli, elmi ədəbiyyatlara daxil edilməlidir:
"Ona görə, bu məsələ ilə bağlı ayrıca "Qarabağı araşdırma və təbliğat institutu” yaradılmalıdır. Çünki Qarabağ məsələsi 1-2 ilin işi deyil. Təklif etdiyim institut Dağlıq Qarabağ probleminin araşdırılması, məlumatların xarici ölkələrə çatdırılması sahəsində sistemli iş aparmalıdır. Nəticələr müqayisə edilməlidir ki, biz alman insanına, fransızlara, ingilislərə və s. xalqlara necə təsir etdik. Əks halda, dağınıq vəziyyətdə görülən işlərin effekti olmayacaq.
Hazırkı situasiya onu göstərir ki, ermənilər bizdən daha çox iş görüb. Düşmən də ciddi şəkildə çalışır və Qarabağla bağlı dünyaya çatdırdığı informasiyaları daim yeniləyir. Ermənilər davamlı olaraq bu sahədə tətbiq etdikləri metodikaları da yeniləyirlər. Tək kitablar çap etməklə qalmır, elektron KİV-lər vasitəsilə informasiyaları dünyaya çatdırırlar. Baxın, bizim saytları dünya necə oxuyur, ermənilərin yaratdığı saytlara maraq necədir? Dünyanın aparıcı informasiya agentlikləri mənbə kimi istifadə etdiyi portallara nəzər salaq. Müqayisə apardım və müəyyən etdim ki, dünyanın aparıcı informasiya agentlikləri - "Agence France-Presse”, "United Press İnternational”, "BBC” və s. erməni mənbələrə istinad edirlər. Bizim aparıcı saytlarımız, xarici dillərdə fəaliyyət göstərən informasiya portallarımız azdır. Bu gün informasiya müharibəsi olduğunu nəzərə alsaq belə məsələlər bizim əleyhimizə işləyir”.
N.Yaqublunun sözlərinə görə, kitabları yazıb, çap etdirib, xaricdəki kitabxanalara qoysaq belə, oxunmasa, heç bir əhəmiyyəti olmayacaq:
"Bu gün mövcud olan informasiyanı çatdırmaq vacibdir. Çünki qısa, lakonik informasiyanı insanlar daha çox oxuyur.
Əgər "Qarabağı araşdırma və təbliğat institutu” yaradılarsa, həmin müəssisəyə savadlı, gənc, bu sahəni bilən adamlar yığışmalıdır. Əl çalan, yaltaqlıq edən, kiməsə xoş gəlmək üçün iş görən şəxsləri həmin institutda oturtmaq olmaz. Dağlıq Qarabağ problemini araşdıran, bacarıqlı, dünya ictimaiyyətinə çıxışı olan şəxslər institutda təmsil olunmalıdır. Təqaüd yaşını başa çatdırmaq üçün kiməsə yaltaqlananlar deyil, güclü gənclərlə iş görmək lazımdır”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq