“Qarabasma” nədir, psixiatriya bunu nə ilə izah edir ? - Psixoloqdan izah





"Psixiatriyada "qarabasma” konkret simptom kimi qəbul olunub”.

Bunu "Sherg.az”a psixoloq Azad İsazadə deyib.

O bildirib ki, bu simptomlar psixi pozuntusu olan şəxslərdə də, normal insanlarda da müşahidə edilir:

"Yuxuda belə hallar olursa, bu, "qarabasma" deyil. İnsan hansısa stress keçirdikdə, yorğun olduqda, travma aldıqda ətrafdakı reallığı bir neçə saniyə dərk etmir.

Ətrafı görməyən adam onun əvəzində hansısa rəngli dəhşətli mənzərə görür. "Bismillah” deyib, özümüzə gəldikdə bu əlamətlər çıxıb gedir. Psixi problemləri olan şəxslərdə isə aydındır ki, belə hallara tez-tez rast gəlinir”.

Aysel Aslan