Qaradağda 6 maşın toqquşdu
20:02 01.11.2016
Arxiv
387
Qaradağ rayonunda altı avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, qəza Qaradağ rayonu ərazisində, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Sahil qəsəbəsinə gedən yolun 39-cu kilometrliyində baş verib.
Məlumata görə, "QAZ 31”, "VAZ 2107”, "QAZ 24” markalı minik avtomobilləri, iki "KamAZ” və "Mercedes” markalı yük avtomobilləri toqquşub.
İlkin məlumata görə, hadisə yük maşınlarından birinin aşmış "Kamaz” markalı maşına baxmaq üçün dayanmış avtomobillərə çırpılması ilə baş verib. Qəza nəticəsində avtomobillərin bəziləri yararsız hala düşüb.
Qəza nəticəsində ölən və yaralananların olmadığı bildirilir.
Qəza ilə bağlı yolda tıxac yaranıb. Yararsız hala düşən avtomobillər evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa edilib.
Hadisə yerinə cəlb olunmuş DYP əməkdaşları qəzanın səbəblərini müəyyənləşdirirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm