"Qardaşıma dəstək üçün Xınalığa gəlmişik" - İtkin düşən alpinistin ailəsi köməklik istəyir




Dekabrın 23-də itkin düşən "Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Babur Hüseynovun bacıları Xınalığa gediblər.

"Sherg.az"ın qafqazinfo-ya istinadən xəbər verir ki, Baburun bacısı Tağıyeva Nənəbacı aidiyyatı qurumlardan vaxt darlığı və şaxtalara görə xilasetmə əməliyyatlarına canlı qüvvə ilə yanaşı, texnikanın da cəlb edilməsini xahiş edib: "Ümidim Baburun şad sədasını eşitməkdir. Qardaşıma dəstək üçün Xınalığa gəlmişik, onun axtarışına köməklik istəyirik”.