Qasım Əliyev yenə Naxçıvana təyinat aldı





Parlament bu günkü iclasında Qasım Əliyevi Naxçıvan Ali Məhkəməsinin hakimi seçib. 

"Sherg.az" xəbər verir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli onun fəaliyyəti barədə məlumat verib. 

O bildirib ki, Q.Əliyev uzun illərdir prokurorluq və məhkəmə sistemində çalışıb. Səsvermə nəticəsində Q. Əliyev yenidən Naxçıvan Ali Məhkəməsinin hakimi seçilib.

Anar