Mirvari Qəhrəmanlı: “Ayrılan vəsaitlər şəffaf, ədalətli və səmərəli şəkildə istifadə olunmadığı üçün baş verir bu qəzalar”
Qaz kəmərindəki partlayışda təxribat izi yoxdur
Yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb
Mirvari Qəhrəmanlı: “Ayrılan vəsaitlər şəffaf, ədalətli və səmərəli şəkildə istifadə olunmadığı üçün baş verir bu qəzalar”
Mirvari Qəhrəmanlı: “Ayrılan vəsaitlər şəffaf, ədalətli və səmərəli şəkildə istifadə olunmadığı üçün baş verir bu qəzalar”
İlham Şaban: "Bunun səbəbi zamanında hər hansı köhnəlmiş qurğuların və ya boruların dəyişdirilməməsidir”
Bakıda qaz kəmərində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qeydə alınıb. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb. Hadisə yerinə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib. SOCAR Səngəçal qəsəbəsindəki qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışın baş verdiyini təsdiqləyib və xəsarət alan olmadığına dair məlumat yayıb:
"Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür”.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədilə əraziyə buraxılmayıb.
Magistral kəmərdəki yanğın Abşeronun qazla təchizatını məhdudlaşdırıb
SOCAR-dan verilən məlumata görə, dekabrın 27-də saat 9:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib. Yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.
"Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumatda isə bildirilib ki, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində "Azərenerji” ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.
Məlumata əsasən, bununla əlaqədar olaraq "Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhdudiyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb: "Yaranmış narahatlığa görə "Azərişıq” ASC abonentlərindən üzr istəyir. Yaranmış vəziyyətlə bağlı "Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin rəhbərliyi ilə operativ tədbirlər görülüb, enerji sisteminin dayanıqlılığının təmin edilməsi, qəza hallarının genişlənməsinin qarşısının alınması ilə bağlı bütün sistem səfərbər olunub”.
Y.Babanlı əlavə edib ki, Bakı şəhəri və Abşeron rayonunun bir hissəsinə təbii qazın verilişində qısamüddətli məhdudiyyətlər yaranıb. "Tez bir zamanda istehlakçılara elektrik enerjisinin verilişi bərpa olunacaq”
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının sözlərinə görə, SOCAR rəsmilərinin verdiyi açıqlamalardan asılı olmayaraq Dövlət Neft Şirkətinin strukturlarında baş verən qəzaların ciddi araşdırılmasına ehtiyac var:
"Məndə olan məlumata görə, başqa bir ünvanda da qaz sızmasından ev partlayıb. Qazla bağlı baş verən bütün bədbəxt hadisələrin səbəbini araşdırmaq üçün müstəqil Komissiyalar yaradılmalıdır. Hüquq-mühafizə və prokurorluq orqanları və hazırda SOCAR-da işləyən mütəxəssislər yox, vaxtı ilə şirkətdə işləmiş insanlar, vətəndaş cəmiyyətləri cəlb olunmalı və obyektiv araşdırma aparılmalıdır”. M.Qəhrəmanlının sözlərinə görə, baş verən partlayışın arxasında nə təxribat, nə hava şəraiti durur. Ayrılan vəsaitlər şəffaf, ədalətli və səmərəli şəkildə istifadə olunmadığı üçün baş verir bu qəzalar.
Partlayış nəticəsində yaxınlıqda olan obyektlərə ziyan dəyib-dəymədiyi barədə hələlik məlumatsız olduğunu vurğulayan hüquq müdafiəçisi deyib ki, istənilən halda ölkəyə ciddi iqtisadi ziyan dəyib.
"Qaradağdan keçən magistral qaz kəmərindəki partlayışın səbəbi qurğuların vaxtında dəyişdirilməməsi ola bilər”.
Şəymən