Qədim Azərbaycan torpaqlarında ilana sitayiş edən tayfalar olub
07:36 27.02.2018
Arxiv
1232
“İlan fiquru həm də Manna döyüşçülərinin dəbilqələrində əks olunub”
Milli Azərbaycan Tarixi Muzeyinin arxeologiya və xüsusi fondlarında qiymətli arxeoloji metallar qorunub saxlanılır. Bunların arasında antik zərgərlik məmulatları - ilanbaşlı bilərziklər xüsusi yer tutur. Muzeydən verilən məlumata görə, gümüş və tuncdan olan ilanbaşlı bilərziklər eramızdan əvvəl V və bizim eramızın I əsrlərinə aid olub aparılan arxeoloji qazıntılar zamanı Mingəçevirdə aşkarlanıb.
Hələ tunc dövründən geniş yayılmış sonluq formaları kimi sırğa, boyunbağı və bilərziklər zərgərlər tərəfindən geniş istifadə olunurdu. Bu motivin zinət əşyalarında geniş vüsət tapması əcdadlarımızın qədim inancını - ilana sitayişini təcəssüm etdirir. Muzeyin xüsusi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyovanın sözlərinə görə, ilan ağıl, müdriklik və digər müsbət keyfiyyətləri təcəssüm etdirir, zəhərinin təsirinə görə fövqəltəbii qüvvə kimi qəbul olunurdu. İlana sitayişə indiyədək şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə rast gəlmək mümkündür. Muzey fondlarında qorunan bu bilərziklər Azərbaycan etnoqrafiyasının tədqiqi baxımından da əhəmiyyətlidir və öz tədqiqatçılarını gözləyir.
Mövzu ilə bağlı "Şərq”ə danışan tarixçi-alim Kərəm Məmmədov deyib ki, qədim Azərbaycan torpaqlarında ilana sitayiş edən tayfalar olub. Amma ilana sitayiş çoxluq təşkil etməyib:
"Oğuz tayfaları içində ən böyük tayfa Qayı boyudur. Qayı sözü monqol dilində ilan deməkdir. İlan fiquru həm də Manna döyüşçülərinin dəbilqələrində əks olunub. Tarix boyu digər xalqların da ilanla əlaqəsi aşkarlanıb. Hətta Şimali Amerikada yaşamış mayalıların da "ağ ilan”la bağlılığı olub. Məlumdur ki, türk xalqları arasında islam dini yayılandan sonra köhnə inamların, etiqadların böyük hissəsi tamamilə sıradan çıxıb. İslam dini ilan və s. bu tipli şeylərə sitayişi qadağan edib. Ümumiyyətlə, sürünənlərə mənfi münasibət formalaşıb. Ona görə də Azərbaycanda yaxşı bir atalar sözü yaranıb - "İlanın ağına da lənət, qarasına da”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq