Qənirə Paşayeva ŞƏHİD anası ilə görüşüb
11:55 30.04.2021
Arxiv
581
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qusar rayonu, Cibir kənd sakini, Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası Rübabə Şıxmət qızı Kəlbiyeva ilə Milli Məclisdə görüşüb.
"Sherg.az" xəbər verir ki, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb: "Əziz şəhid anası, Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Muradın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan oğlunuz snayperçi kimi, kəşfiyyatçı kimi öz peşəkarlığı ilə seçilib. O, Füzulinin azadlığı uğrunda fədakarlıqla döyüşüb və şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Murad Kəlbiyev, Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib. Murad kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"! Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi
17:20 23.04.2026
Gündəm
Azərbaycanda iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:00 23.04.2026
Ekologiya
ABŞ İran nefti daşıyan tankeri ələ keçirib
16:47 23.04.2026
Dünya
Kürdə suyun səviyyəsi artıb, Qarqar çayında bənd yarılıb
16:46 23.04.2026
Hadisə
“İran xalqı mənim hakimiyyətə gəlməyimi istəyir” - Rza Pəhləvi
16:34 23.04.2026
Gündəm
Metroda qatarların ənənəvi qrafiklə hərəkəti tam bərpa olunub
15:53 23.04.2026
Sosial
"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdi
14:53 23.04.2026
Futbol
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
14:45 23.04.2026
Dünya
Ermənistanda hakimiyyət dəyişsə də MÜHARİBƏ OLMAYACAQ - ANALİZ
14:23 23.04.2026
Gündəm
Ermənistanda seçki öncəsi Rusiya izi güclənir - RƏY
14:04 23.04.2026
Siyasət
Paşinyan Anna ilə barışdı: "Daha bir şansımın olduğuna görə şadam”
13:45 23.04.2026
Gündəm
Nikol Paşinyan: Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq
13:44 23.04.2026
Gündəm
Zaxarova Xəzər dənizində müharibə xəbərdarlığı etdi
13:30 23.04.2026
Gündəm