Qənirə Paşayeva yayılan videodan danışdı: “Bu nə dəhşətdir, ilahi” – Video
09:24 01.04.2019
Arxiv
553
Qənirə Paşayeva "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı öz fikrini bildirib.
Qənirə Paşayeva sosial mediada gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı fikirlərini facebook profilində paylaşaraq bunu dəhşət adlandırıb.
Xanım deputat həmkarı Fazil Mustafaya dəstək olduğunu və özünün də bu mahnı ilə bağlı aididyyatı orqanlara müraciət edəcəyini deyib: "Bu nə dəhşətdi İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.
Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir.
Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təəssüf… Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülmıldir. Bu videoları bəyənənlərə isə sadəcə deyilıəcək sözüm yoxdur. Çox təssüf… Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların”.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi