Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələr haqqında 5 gerçək
16:48 21.09.2017
Arxiv
694
Qeysəriyyə ilə dünyaya gələn körpələr təbii yolla yox, uşaqlığın kəsilməsi ilə dünyaya gəlirlər. Bu süni yolla doğuş sayılır və həkimlərin köməyi ilə cərrahi yolla həyata keçirilir. Bəzi hallarda cərrahi yolla uşağı dünyaya gətirmək ana və uşağın sağlamlığı üçün vazkeçilməz sayılır, bəzən analar özləri könüllü olaraq uşaqlarının cərrahi yolla dünyaya gəlməsini istəyirlər. Amma çoxları qeysəriyyə yolu ilə dünyaya gələn uşaqlar haqqında söylənilən 5 şeyi bilmirlər.
"Sherg.az" Enter.News-a istinadən bu 5 səbəbi sizlərə təqdim edir:
1. Qeysəriyyə – hiperaktiv uşaqlar
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlar hiperaktiv olurlar. Onlarda diqqət dağınıqlığı, aktivliyin artması müşahidə edilir. Bu problemlər cərrahi yolla dünyaya gələn uşaqlarda olmaya da bilər.
Amma, əgər uşaq hiperaktivdirsə o zaman uşağa diqqətlə yanaşıb bunun öhdəsindən gəlmək olar.
2. Qeysəriyyə yolu ilə dünyaya gələnlərlə xüsusi məşğul olmaq lazımdır.
Cərrahi yolla dünyaya gələn uşaqların arasında normal uşaqlara da rast gəlmək mümkündür. Digərlərini isə pediatrlarla nevropatoloqların köməyi, xüsusi yanaşma ilə normal uşaqlar kimi böyütmək mümkün olur.
3. Qeysəriyyə əməliyyatı uşaqların fiziki inkişafını ləngidir.
Qeysəriyyə əməliyyatı zamanı uşağın dünyaya gəlişi qısa bir zamanda baş verdiyi üçün belə uşaqların tənəffüs yollarında, sinir sistemlərində neqativ xoşagəlməz hallar müşaghidə edilə bilir.
Belə uşaqların boyunda və çəkisində də çatışmazlıqlar meydana gələ bilir. Bu səbəbdən də belə uşaqların sağlamlığına diqqətlə yanaşmaq lazımdır.
4. Qeysəriyyə – ağlayan uşaq.
Təbii doğuş zamanı uşaq stress keçirir ki, bu da uşağın dünyaya gəldiyi zaman hormonal və sinir sisteminin dözümlü olmasına səbəb olur. Təbii doğuşla dünyaya gələn uşaqlar ətrafa daha tez adaptsiya olurlar.
5. Qeysəriyyə əməliyyatından sonra anaların südü.
Qeysəriyyə əməliyyatından sonra anaların əksəriyyətinin südü olmur. Cərrahi əməliyyat keçirmiş anaların südü əməliyyatdan 8-10 gün sonra gəlməyə başlayır. Bu da uşağın süni qida vasitəsilə qidalanmasına səbəb olur. Bu səbəbdən də uşaqların inkişafı təbii olmur və onların sağlamlığı şübhə altında qalır. Əməliyyat səbəbli anaya vurulan antibiotiklər isə uşağı əmizdirərkən süd vasitəsilə uşağa keçir və onun mədə-bağırsaq sistemini korlayır.
Hər bir əməliyyatın risk faktoru vardır. Bununla rastlaşmamaq üçün isə çalışın özünüzə yaxşı ginekoloq tutun və uşağınızı təbii yollarla dünyaya gətirin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya