QHT-lər Azərbaycan Prezidentinə təbrik məktubu ünvanladı
15:49 09.11.2020
Arxiv
505
Qeyri-Hökumət Təşkilatları (QHT) Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandanı İlham Əliyevə Şuşanın işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Lent.az həmin məktubu təqdim edir:
"Bu gün Azərbaycanda fəaliyyət göstərən və siyasi baxışından asılı olmayaraq bütün QHT-lər çox böyük qürur və sevinc hissilə Sizi salamlayır, Şuşanın işğaldan azad olunması və Dövlət Bayrağı Günü münasibətilə Zati-Alinizi ürəkdən təbrik edir.
Azərbaycan xalqı və ictimaiyyəti 8 noyabrda Şuşanın işğaldan azad olunması xəbərini çox böyük coşqu və ruh yüksəkliyi ilə qarşıladı. Ölkənin hər yerində soydaşlarımız bu tarixi hadisəni bayram edir, bir birini təbrik edir və hər kəs görünməmiş dərəcədə özünü xoşbəxt və güclü hiss edirdi.
Şuşanın azad edilməsi ilə Müzəffər Ali Baş Komandan kimi Siz Azərbaycan ordusunun, Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu, qəhrəman əsgər və zabitlərimizin məharətini və gücünü bütün dünyaya nümayiş etdirdiniz.
Qafqazın konservatoriyası və incisi olan, gen yaddaşımızda milli qeyrət rəmzi kimi daşlaşan Şuşanın azad edilməsi Azərbaycan xalqının təkcə döyüşkən ruhununun nümayişi deyil, həm də tapdanmış heysiyyatının və milli qürurunun bərpası, dirçəlidlməsi deməkdir.
Bu gün biz xalq olaraq, azərbaycanlı olaraq hamımız qürurluyuq, başımızı dik tuturuq, özümüzü güvənli və güclü hiss edirik. Siz tarxi Şəxsiyyət kimi yeni tarix yaradırsınız. Siz son 200 ildə xalqımızın və dövlətimizin haqsız olaraq məruz qaldığı məğlubiyyətlər tarixinin qaranlıq səhifəsini qapadıb, torpaqlarımızın işğal günlərini təqvimdən çıxararq onları qələbə günləri ilə əvəzləyirsiniz, qalibiyyət səhifəsi ilə balşayan yeni və şanlı tarix yazırsınız.
Siz min illər boyu bütün azərbaycanlılarlın fəxr edəcəyi tarixi Şəxsiyyət və Müzəffər Ali Baş Komandan kimi hər zaman böyük hörmət və sayğı ilə xatılanacaq qalib xalq, qalib ordu yaradırsınız.
Belə bir şərəfli tarix yazdığınıza, bizə milli qüruru və milli dirçəlişi yaşatdığınıza görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Bütün dünya artıq bilir ki, öz Liderinin ətrafında sıx birləşən Azərbaycan xalqı yerdə qalan torpaqlarının da işğaldan azad olunmasına və qarşısında duran bütün vəzifələrin icrasına tezliklə nail olacaq.
Hörmətli Ali Baş Komandan!"
Bu gün, 9 noyabr Dövlət Bayraq Gününün 102-ci ildönümündə Azərbaycanın şanlı bayrağı 28 illik işğala son qoyulduqdan sonra Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda və digər işğaldan azad olunmuş yaşayış məntəqələrimizdə vüqarla dalğalanır. Biz hamımız əminik ki, qısa müddət ərzində Sizin qətiyyətli iradəniz və düşmənin başını əzən dəmir yumruğunuzla, ordumuzun qəhrəmanlığı və şücaətilə üç rəngli bayrağımız Xankəndində, Xocavənddə, Xocalıda, Ağdərədə, Laçında, Kəlbəcərdə və Ağdamda dalğalanacaq, bununla da Azərbaycan bütövləşəcəkdir.
Hörmətli Ali Baş Komandan!
Sizi bir daha 8 noyabr tarixi qələbə günü -Şuşanın işğaldan azad olunması, 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə ürəkdən təbrik edir, Sizinlə qürur duyduğumuzu bildirir və başladığınız tarixi azadlıq missiyasında Sizə uğurlar diləyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında oldular
10:40 27.09.2026
Siyasət
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir
10:10 27.09.2026
Sosial
Salah heyətdən çıxarıldı
09:51 27.09.2026
Futbol
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət