Qırğız Respublikası parlamentinin sədri Azərbaycana səfərə gələcək





 Qırğız Respublikası parlamentinin sədri Dastan Jumabekov Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, o, Bakıya səfəri zamanı sentyabrın 20-də TÜRKPA katibliyində olacaq.

Həmçinin onun sentyabrın 21-də Milli Məclisin (parlament) 100 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı planlaşdırılır.