"Qız uşaqlarının sayı azalır” - SOS
10:34 07.03.2019
Arxiv
458
"Son dövrlərdə apardığımız araşdırmalar onu göstərir ki, Azərbaycanda qız uşaqlarının sayı azalır. Amma bu, təbii hal deyil".
ONA-nın məlumatına görə, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, bir çox ailə qız uşaqlarının dünyaya gələcəyini biləndə, hamiləliyi dayandırır: "Bunun mənfi tərəfləri var. Biz bu məsələni müvafiq qurumlar qarşısında qaldırdıq, lakin bu, qanunla tənzimlənən məsələ deyil. Maarifləndirmə işi aparılmalıdır. Biz komitə olaraq bunu edir və əhalinin bu məsələdə diqqətini cəlb edirik".
Komitə sədri deyib ki, bu istiqamətdə yaranan boşluqlar insanların şüurunda dəyişikliklərə səbəb olur: "Bu stereotiplər olmamalıdır. Çalışırıq ki, tədbirlərimizdə atalar qızları ilə iştirak etsin. Qız uşaqlarının yaxşı oxumağına baxmayaraq, ailələr oğlanların oxumasına üstünlük verirlər. Başa düşürəm ki, oğlan gələcəkdə ailə başçısı olacaq və pul qazanmalıdır. Lakin yaxşı oxuyub, peşəkar mütəxəssis olan qızı dəstəkləmək lazımdır. Bu məsələ bizi hərtərəfli narahat edir".
Hicran Hüseynova bildirib ki, qız uşaqlarının doğulmasını stimullaşdırmaq üçün sosial yardım edilməsi məsələsi hələ gündəmdə deyil: "Bu məsələ hələ söhbət səviyyəsindədir".
Komitə sədri təəssüflə qeyd edib ki, erkən nikahlarla bağlı hallar hələ də qeydə alınır: "Biz mübarizə aparırıq. Azərbaycanda erkən nikahların sayı azalıb. Erkən nikah bir tərəfdən də zorakılıqdır. Yerlərdə fəaliyyət göstərən monitorinq qruplarımız var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm