"Qondarma rejimin bezmiş sakinləri Paşinyanı axmaq adlandırıb" - Analitik





"Qarabağda yaşayan ermənilər Azərbaycan Ordusunu köməyə çağırır”

Bunu "Sherg.az”a açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

Ekspert bildirib ki, Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan səhvlərini ört-basdır etmək üçün günahı xalqın üzərinə atır. Paşinyan erməniləri "əksinqilabçı” olmaqda ittiham edir. Halbuki insanlar Paşinyandan iş yeri, pensiya tələb edir, yolların çəkilməsini istəyir. Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan da Paşinyanın xalqı əsassız yerə günahlandırdığını söyləyib. Sarkisyan bildirib ki, baş nazir öz fəaliyyətinə ciddi səhvlər etməklə başlayıb:

 "O, hakimiyyətə gələn kimi islahatlar aparmaq əvəzinə intriqalar yaratmağa başladı, iqtisadiyyat daha ağır vəziyyətə düşdü, xalqın həyat səviyyəsi tamamilə çökdü”.

Politoloqun sözlərinə görə, təkcə Ermənistanda deyil, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında da vəziyyət günü-gündən gərginləşməkdədir: "Qondarma rejimin bezmiş sakinləri Paşinyanı "tupoy və axmaq" adlandırırlar. Orada əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə hətta insanlar kənd təsərrüfatı məhsullarından da korluq çəkirlər. Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır. 

Qondarma rejimin başçıları soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar. Separatçıların "prezidenti” Bako Saakyan Paşinyanı aldadaraq guya bölgədə hər şeyin yaxşı olduğunu deyir. Saakyan və onun quldur komandası narkotik alverinə rəvac verərək milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. 

Qadınlar şəxsiyyətləri alçaldılan "istirahət evlərinə”, kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Xankəndidə baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları qondarma rejimin vəzifəli şəxslərinin onları döydürüb təhqir etmələrini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdırılmasını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər”.

Siyasi şərhçinin fikrincə, indi Paşinyanın Dağlıq Qarabağdakı ermənilərə hörmətlə yanaşmaması bölgədə ona qarşı inamsızlıq yaradıb: 

"Dağlıq Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum pik həddə çatıb. Yaxın vaxtlarda ermənilər arasında xaosun daha da böyüyərək ciddi münaqişəyə çevrilmə ehtimalı yüksəkdir”.

İsmayıl