“QTA məhsulu tarladan masaya qədər izləməlidir” – Mütəxəssis

"Qida Təhlükəsizliyi Agentliyi qidaları tarladan istehlakçının masasına qədər izləməlidir”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, QTA-nın mövcud əsasnaməsində vacib məqamlardan biri istehlakçının məmnunluğudur:
"QTA gərək qida zəncirinin bütün mərhələlərini nəzarət altında alsınlar. Ona görə də, qida istehsalçıları və satıcılar bu zəncirin bir hissəsidir. Məhsulların təhlükəsizliyinin təmin olunması QTA-nın əsas vəzifələrindən biridir. Düşünürəm ki, agentlik bu vəzifəyə uyğun hərəkət edir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatını və reyestrə daxil edilməsini onlayn qaydada həyata keçirəcək. Bu məqsədlə Agentlikdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) hazırlanıb və proqram təminatı hazırda test rejimdə fəaliyyət göstərir.
Yeganə Bayramova