Qubada silsilə oğurluq edən şəxslər saxlanılıb
20:05 18.02.2019
Arxiv
636
Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən dövlət müəssisələrindən, fərdi yaşayış evlərindən və ticarət obyektlərindən silsilə oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırmalarla onların Quba rayonu, Küpçalqışlaq kənd sakini Ruslan Şahmirzəyev və tanışı, Saray Bağlar massivində yaşayan Azad Bəşirov olduğu müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, Ruslan Şahmirzəyevlə Azad Bəşirov məhkumluq həyatı yaşayan zaman cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxdıqdan sonra əlaqələrini kəsməyən hər iki şəxs oğruluq etmək qərarına gəliblər. Quba rayonunda yerləşən bir neçə dövlət müəssisələrini, fərdi yaşayış evlərini və ticarət obyektlərini özlərinə hədəf seçən dəstə üzvləri, ümumilikdə 11 (on bir ) müəssisə və obyektə qanunsuz daxil olaraq, oradan pul, tütün məmulatları, yeyinti məhsulları, elektrik naqilləri, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıblar. Saxlanılan şəxslər həmçinin obyektlərdə quraşdırılmış video müşahidə kameralarının yaddaş qurğularını da oğurlayaraq, oğurluq hadisəsinin izini itirmək istəyiblər.
Həmin şəxslərin ətraflarında aparılan tədbirlərlə onların başqa rayonlarda da oğurluq hadisəsi törətdikləri məlum olub. Belə ki, Ruslan Şahmirzəyev və Azad Bəşirov Xaçmaz rayonu ərazisində yerləşən daha üç mağazadan oğurluq törədərək, sahiblərinə maddi ziyan vurublar. Həmçinin R.Şahmirzəyev oğurluqdan əldə etdiyi pullarla özünə Vaz 2106 markalı nəqliyyat vasitə aldığı da müəyyən edilib.
Oğurluq hadisəsi zamanı əldə edilmiş pulun, elektrik cihazların, avadanlıqların bir qismi, eləcə də hadisə zamanı istifadə edilmiş alətlər həmin şəxslərdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.
Faktlarla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak etmələrinin sübuta yetirilməsi istiqamətində əməliyyat və istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya