Qüds uğurunda mübarizə: 52 fələstinli öldü, 2400-ü yaralandı - Tramp İsraili təbrik etdi - Fotolar + Video

İsrailin paytaxtı elan olunan Qüdsdə Amerika səfirliyinin açılmasına etiraz olaraq Qəzza zolağında sərhəddə yerləşdirilən İsrail ordusu ilə fələstinli nümayişçilər arasında silahlı qarşıdurma yaşanıb.
"Sherg.az" "Lopinion.fr"ə istinadən xəbər verir ki, toqquşma nəticəsində 8- i azyaşlı olmaqla 52 nəfər dünyasını dəyişib, 2400 nəfər xəsarət alıb.
Bundan başqa yüzlərlə fələstinli səfirliyin qarşısına topalşaraq, Qüdsdə Amerika səfirliyinin açılmasına etiraz ediblər. Nümayişçilər "Qüds Fələstinin paytaxtıdır" plakatları qaldıraraq etiraz etsələr də, səfirliyin açılış mərasimi baş tutub.
İsrailin prezidenti Röven Rivlin bəyan edib ki, Qüds İsrail dövlətinin suverenlik mərkəzidir. Bunu hamı bilsin. !
Bundan başqa R.Rivlin amerikalı həmkarı Donald Trampa təşəkkür edib: "D.Tramp, İsrail xalqı sizə minnətdarlıq ifadə edir"
ABŞ prezidenti D.Tramp Tvitter hesabında İsrail xalqını təbrik edib: "Bu gün İsrail üçün böyük gündür. Təbriklər ! Gözünüz aydın olsun !
Tərcümə etdi: Ayyət ƏHMƏD