Qüdsdə fələstinlilərin məhv edilməsinə Aİ-dən REAKSİYA: son qoyulsun !





Avropa İttifaqı Qəzzə zolağında baş verən toqquşmalardan sonra bütün tərəfləri Qüdsdəki ABŞ səfirliyinin açılmasına qarşı  "ən sərt addım" atmağa çağırıb.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyanatda deyib. 

O qeyd edib ki, Qəzza zolağı yaxınlığında kütləvi nümayişlər zamanı İsrail əsgərlərinin açdığı atəş nəticəsində onlarla fələstinli həlak olub, yüzlərlə adam yaralanıb:  

"Çoxlu sayda insanın həyatına son qoyan bu toqquşmanın qarşısını almaq üçün bütün tərəflərəi hərəkətə keçməyə çağırırıq. Bu qanlı olaylara son qoyulmalıdır".  

Tərcümə etdi: Ayyət ƏHMƏD