Qurban Qurbanov: "Bizə ən çətin və gözlənilməz rəqib düşdü"




 "Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Sloveniya "Olimpiya"sı barədə danışarkən deyib.

46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasını analiz etməyə başlayacaqlarını açıqlayıb: "Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".

Qeyd edək ki, ilk oyun 10-11 iyulda Lyublyanada, cavab görüşü 17-18 iyulda Bakıda keçiriləcək.