Qurban Yetirmişli: "Heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”
17:23 20.02.2019
Arxiv
394
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Q.Yetirmişli report-a açıqlamasında deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: "Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur.
Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır. Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”.
Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur: "Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb. Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”.
O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər: "Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”.
Qeyd edək ki, zəlzələ mütəxəssisi Frank Hooqerbets fevralın 21-də 7 və 8 bal gücündə zəlzələlərin proqnozlaşdırıldığını iddia edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm