“Quş qripi” yenə qayıdır?- AÇIQLAMA




"Quş qripi”nin Azərbaycana keçməsinin qarşısını almaq üçün tədbirlər görülüb.

Bu barədə Sherg.az-a İranda yayılan "quş qripi”nin Azərbaycana keçmə ehtimalından danışarkən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. 

Qurum sözçüsü qeyd edib ki, noyabrın əvvəlindən İrandan quş ətinin və toyuq məhsullarının gətirilməsi qadağan olunub: 

"Bu barədə rəsmi məlumat yayılıb. Belə tədbirlərlə hələlik quş qripinin Azərbaycana keçməsinin qarşısı alınacaq. Sərhəddə qoyulan qadağalar hesabına "Quş qripi” təhlükəsi olan digər ölkələrdən də quş əti və məhsullarının gətirilməsi dayandırılıb. Artıq quşların şimaldan cənuba köç etməsi prosesi də yekunlaşıb. Bu səbəbdən artıq təhlükə sovuşub. Bir də yaz köçünün başlanmasına qədər qabaqlayıcı tədbirlərə ehtiyac qalmayacaq”.

Y. Xanvəli əlavə edib ki, köçəri quşların payız miqrasiyası zamanı keçirilən monitorinqlərin nəticələrində narahat edici hal aşkarlanmayıb: 

" Hazırda davam edən yoxlamalarda da vəziyyət stabildir".

Aysel Aslan