“Reanimasiyada olanların 97-98 faizi peyvənd vurdurmayıb”
17:11 11.08.2021
Arxiv
419
Azərbaycanda COVİD-19-a yoluxanların sayının ciddi artması xəstəxanalarda da vəziyyəti çətinləşdirib.
"Sherg.az" qafqazinfo-ya istinadən xəbər verir ki, ATV-nin "Yeni klinika"dan hazırladığı reportajda qeyd olunur ki, onlarla insan reanimasiya şöbəsində yaşamaq uğrunda mübarizə aparır.
Bildirilir ki, xəstəxananın reanimasiya otağı tam doludur, bununla yanaşı rezerv çarpayılar da açılıb. Reanimasiyada olan 30-a yaxın COVİD xəstəsinin hamısı koma vəziyyətindədir, onlardan yalnız bir nəfər sərbəst fikirlərini ifadə edə bilir.
Pasiyentlərdən biri xəstəliyin ona oğlundan keçdiyini qeyd edir. O, peyvənd olunmadığını və xəstəliyi ağır keçirdiyini vurğulayıb. Xəstəxanada 1 yaşlı körpə də koronavirusdan müalicə olunur.
Baş tibb bacısı Könül Quliyeva vətəndaşlara çağırış edib: "Bizi də nəzərə alsınlar. Həm psixoloji, həm də fiziki çox travma alırıq. Tədbirlərə icazə verilsə də, vətəndaşlar özləri məsuliyyətli olsunlar".
Klinikanın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, son iki həftədə vəziyyəti ağırlaşan xəstələr var: "Yeganə çıxış yolu vaksinasiya və sosial izolyasiya qaydalarına əməl etməkdir. Pandemiya artıq peyvəndlənməyənlərin pandemiyasına çevrilir. Reanimasiyada olan xəstələrin 97-98 faizi peyvənd olunmayanlardır. Ağırlaşanların hamısı peyvənd olunmayan xəstələrdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya