
Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib
20:28 01.11.2016
Arxiv
355
Tədbirdə əməkdar rəssamın rəsm əsərləri nümayiş etdirilib

Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin 70 illik yubileyi münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən M. Ə. Rəsulzadə irsinin tədqiqatçısı Nəsiman Yaqublu Rəis Rəsulzadənin keçdiyi həyat yolu haqda danışıb.
O deyib ki, R. Rəsulzadənin 80-ci illərdən başlayaraq Əfqanıstan, Polşa və digər ölkələrdə sərgiləri keçirilib: "Rəis bəy çox təvazökar insandır. Məhəmməd Əmin Rəsulzadə Ankarada vəfat edəndə Rəis bəyin atası Azər Rəsulzadəni Qazaxıstanda Dövlət Təhlükəsizlik Komitəsinə çağırırlar ki, atan ölüb. Azərdən soruşurlar ki, atan ölüb, sən niyə kədərlənmirsən?! Azər Rəsulzadə cavab verir ki, "kədərlənmirəm, əksinə, sevinirəm, çünki bizi bir daha incitməyəcəksiniz”. Rəsulzadə ailəsi ağır məşəqqətlər yaşayıb. Rəis bəy çox gözəl rəssamdır. O, yaşadığı havasız zirzəmidə yüzlərlə sənət əsəri yaradıb. Rəis bəy bütün çətinliklərə dözüb, Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Mən Rəis bəyi 27 ilə yaxındır tanıyıram. Düşünürəm ki, onun əsərlərinin sərgilərini keçirmək lazımdır. 1994-1995-ci illərdə Rəis bəyin 2 fərdi sərgisi keçirilib. Lakin bu, azdır. Rəis bəy Azərbaycan mədəniyyətini zənginləşdirən şəxsiyyətdir”.
Millət vəkili Rafael Hüseynov qeyd edib ki, R. Rəsulzadə Azərbaycanın ən şanlı soyadlarından birini daşıyır. R. Rəsulzadənin Qazaxıstanda anadan olduğunu xatırladan millət vəkili bildirib ki, R. Rəsulzadə həyatda hər şeyə öz istedadı hesabına nail olub: "Rəis bəy Rəsulzadə nəslinin yaşayan simasıdır”.
Tədbirdə R. Rəsulzadənin müəllif olduğu rəsm əsərləri nümayiş etdirilib, onun haqda çəkilmiş film təqdim olunub.
Qeyd edək ki, R. Rəsulzadə 1946-cı il noyabrın 1-də sürgündə, Qazaxıstanda doğulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm