
Rentgenə girdi, şok oldu
19:50 08.09.2016
Arxiv
520
58 il üzündə 1 santimetrlik dəmir parça ilə yaşadı

Dənizlidə, bel yırtığı şikayətiylə xəstəxanaya gedən 61 yaşlı Rukiye Dinger rentgen çəkdirən zaman, 58 ildir üzündə 1 santimetrlik dəmir parçasıyla yaşadığını öyrəndi.
Təqaüdçü Rukiye Dinger 1958-ci ildə üç yaşında olarkən, qonşusunun odun qırmasını izlədiyi zaman bir metal parçası üzünün sol tərəfinə dəyir. Üzü qanayan və dərisi açılan Dinger, ailəsi tərəfindən xəstəxanaya aparılıb. O zamankı imkanlarla üzünə girən metal parçası fərq edilməyən Dingerin yarasına tikiş atılıb, müalicə edildikdən sonra xəstəxanadan buraxılıb. İki uşaq anası Dinger, üzündəki metal parçasını heç fərq etməyib və 58 il belə yaşayıb.
Nəhayyət belindəki yırtıq səbəbiylə iki həftə əvvəl xəstəxanaya gedən Rukiye Dingerə rentgen çəkilməsinə qərar verilib. Cihaz işlədildiyi an maqnetik çəkiliş səbəbiylə Dingerin üzündəki metal parça hərəkət edib, ağrı verməyə başlayıb. Rentgen çəkilişi ləğv edilən Rukiye Dinger, daha sonra xüsusi sağlamlıq xəstəxanasına müraciət edərək Qulaq Burun Boğaz Mütəxəssisi Opr. Dr. Əli Yüksəl tərəfindən müayinə olunub. Əvvəl əllə müayinə edən Dr. Yüksəl, metal parçanı fərq edib tomoqrafiya çəkilişi istədi. Radyoloji Mütəxəssisi Dr. Nuru Başgün tərəfindən aparılan tomoqrafiya çəkilişinin ardından Dingerin üzündə, dərinin altında 1 santimetr uzunluğunda metal parçası olduğu təyin olundu.
Qulaq Burun Boğaz Mütəxəssisi Opr. Dr. Əli Yüksəl, tərəfindən lokal anestesiyle əməliyyata alınan Dingerin üzündəki metal parçası 58 il sonra çıxarılaraq, estetik tikiş atıldı. Rukiye Dinger, üzündə metal parçasının olduğunu öyrənincə təlaş yaşadığını ifadə edərək, "İndiyə qədər üzümdəki metal parçasını heç fərq etmədim. Əməliyyatla metal çıxarıldı və indi yaxşıyam. 58 il boyunca onunla yaşamışam” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media