Rəsmi Minskdən CAVAB: Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb
13:36 17.11.2018
Arxiv
578
Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi - İnformasiya və Rəqəmsal Diplomatiya İdarəsinin rəisi Anatoli Qlaz Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın bəyanatını şərh edib.
Trend-in məlumatına görə, Belarus XİN-in saytında dərc olunan şərhdə deyilir:
"Deyəsən, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan özünü cəzalandıran və ya bağışlayan beynəlxalq prokuror zənn edib. Bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sabiq baş katibi – Ermənistan vətəndaşı Yuri Xaçaturovla bağlı vəziyyətdə məqbul olması mümkün ola bilər, lakin dövlətlərarası münasibətlərdə tamamilə dəqiq protokol və etiket normaları mövcuddur.
Yəqin ki, Paşinyan "küçə demokratiyası" qaydalarının böyük siyasətdə qəbuledilməz olduğunu hələ anlamayıb".
Qeyd edək ki, N.Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək, Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini deyib. O bildirib: "Heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik”.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus Prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması "qeyri-korrekt" adlandırılmışdı.
Ermənistan Belarus və Qazaxıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur.
Ermənistanın əsas narahatlığı, qısqanclığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana hörməti və rəğbəti, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan etimadlı dost münasibətlərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət